Dünya

Rusiyanın Ukraynaya atdığı iki raket Polşa ərazisinə düşdü: Ölənlər var – FOTO

Sharing is caring!

Rusiyanın gün ərzində Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb.

Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib.

Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.

Polşanın baş naziri Mateuş Moravietski və prezident Andjey Duda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar.

Polşalı ekspertlər belə halda NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə gələ biləcəyini vurğulayırlar.

Qeyd edək ki, bu bənd üzv dövlətlərin ərazisini bütün alyans dövlətləri tərəfindən birgə müdafiəsini nəzərdə tutur.

Mənbə: Visegrad 24

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir