Siyasət

Azərbaycanın XİN rəhbəri Türkiyəyə başsağlığı verib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib. Oxu.Az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı “Twitter” hesabında yazıb. “İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, – […]

Dünya

Xəzər sahillərində 131 suiti ölü tapılıb

Xəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü suiti tapılıb. Bu barədə ölkənin Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib. Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır. Qeyd edək ki, Xəzər suitisi bu dənizdə yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil […]

Dünya

Kiyev metrosunda gərgin anlar yaşanıb – VİDEO

Kiyev metrosunda izdiham yaşanıb. Hadisə “Teatralnaya” stansiyasında baş verib. Məlumata görə, burada naməlum şəxs qaz balonundan istifadə edərək ətrafdakıları qorxuya salıb. İnsidentin terror aktı olduğu ehtimalı var. Hələ ki, yaralılar və mümkün tələfat barədə məlumat yoxdur. Mənbə: strana ua Xeberal.az

Siyasət

İranlı hərbçilər Azərbaycan torpaqlarında nəyin keşiyini çəkirdilər? – VİDEO

İki il öncə 44 günlük Vətən müharibəsi dövründə çəkilmiş video görüntülər yenidən diqqət mərkəzinə gəlib. Oxu.Az xəbər verir ki, Ordumuzun Cəbrayıl rayonunun yaşayış məntəqələrini düşmən işğalından azad etməsindən sonra elin o başı ilə bu başını, Azərbaycanın o tayı ilə bu tayını birləşdirən tarixi Xudafərin körpüsündə şanlı vətən bayrağını ucaltmasının görüntülərini izləyərkən maraqlı bir nüans diqqət […]

İqtisadiyyat

Gəliri də, riski də əmanətçi ilə bölən banklar – FOTO

Dindar insanlarımız öz pullarını bəzi islam ölkələrində, islam qaydaları ilə fəaliyyət göstərən banklara qoyurlar. Buna görə, ölkədə islam bankçılığının qurulması lazımdır. Ekspertlər isə deyirlər ki, islam bankçılığının ölkədə qurulması üçün ilk olaraq qanunvericilikdə dəyişiklik edilməlidir.  “Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyil göstərmirlər. Bu, faiz məsələsi ilə bağlıdır. Dindar insanlarımız öz pullarını bəzi […]

İdman

“İnter” Berqamo səfərindən üç qol və üç xalla dönür – VİDEO

İtaliya A seriyasının XV turunda “Atalanta” “İnter”lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, Berqamodakı matç qonaqların qələbəsi ilə yekunlaşıb. Hesabı 25-ci dəqiqədə “Atalanta” açıb. Lukman penaltidən fərqlənib. Edin Dzeko 36 və 56-cı dəqiqələrdə qol vuraraq dubl edibsə, Palomino 61-ci dəqiqədə öz qapısını nişan alıb. Bundan 10 dəqiqə sonra Palomino səhvini düzəltsə də, matçda başqa qol olmayıb. […]

Dünya

İstanbuldakı partlayışda azı dörd nəfər ölüb: Hadisə terror aktıdır? – YENİLƏNİB + VİDEO

İstanbulda baş verən partlayışda ən azı dörd nəfər həlak olub. Hadisənin yeni görüntüləri baş verənlərin kamikadze hücumu olduğunu və terror aktı ehtimallarını artırıb. 17:49 İstanbulun İstiqlal Prospektində partlayış baş verib. Məlumata görə, əraziyə çox sayda xilasetmə, polis və tibbi personal göndərilib. Bildirlib ki, partlayışın baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində çox sayda yaralıların […]

Cəmiyyət

Azərbaycanda son sutkada 33 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 823 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 570 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə […]

Dünya

Moldovada hökumət əleyhinə mitinq iştirakçılarının olduğu avtobus yanıb – FOTO

Moldovanın Straseni şəhəri yaxınlığında 49 sərnişinin olduğu avtobus hökumət əleyhinə aksiyaya gedən zaman yanıb. Baş Polis Müfəttişliyi bildirib ki, avtobus Baltidən Kişinyova hərəkət edib. Hadisənin təfərrüatları və qurbanların olması barədə məlumat verilmir. Qeyd olunub ki, hadisə noyabrın 13-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 12:30) baş verib. Xatırladaq ki, bu gün Kişinyovun mərkəzində yürüş […]

Dünya

Moskvada 45 illik temperatur rekordu qırıldı

Noyabrın 13-də gecə yarısı Moskvada havanın temperaturu müsbət 11,1 dərəcə olub. Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bununla da 45 il əvvəl bu gün üçün olan temperatur rekordu qırılıb. Əvvəlki rekord 1977-ci il noyabrın 13-də qeydə alınıb və 10,2 dərəcə isti olub. Maraqlıdır ki, noyabrın 12-si şənbə günü də paytaxt tarixində ən isti […]