Cəmiyyət

Güneyli doğmalarımızın Xudafərin sevinci: “Azərbaycan var olsun, istəməyən kor olsun!” – VİDEO

44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsində paylaşdığı növbəti qələbə müjdələrindən biri də Xudafərinlə bağlı idi: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” İki il öncə Ordumuzun bölmələrinin Xudafərində üçrəngli dövlət bayrağımızın qaldırması hərbi-strateji nailiyyət olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası […]

Cəmiyyət

Rusiyada qanlı şənbə: Son sutkada 650 rus hərbçisi məhv edildi – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə görüşündə imzalanan Səmərqənd Bəyannaməsi Türk dünyasına nə vəd edir?  Rusiyada qanlı şənbə: Son sutkada 650 rus hərbçisi öldürüldü.  Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda oldu. Daxili İşlər Nazirliyi araşdırmalara başladı. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Dünya

İranda neft emalı zavodunda güclü yanğın baş verib

Bazar günü İranın mərkəzi hissəsində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib. Bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb. Məlumata görə, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub. Müəssisənin əməkdaşları təcili təxliyə edilib. İlkin məlumata görə, insident zamanı 15 nəfər xəsarət alıb. […]

Dünya

Netanyahu:”İsrail İrana qarşı qətiyyətlə hərəkət etməlidir”

İsrail İran və onun nüvə proqramına qarşı qətiyyətlə hərəkət etməlidir. Bunu bazar günü İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu deyib. “Terrorla güzəştə getmədən mübarizə aparmalıyıq. Həmçinin İran İslam Respublikasına, onun niyyətlərinə və təbii ki, nüvə proqramına qarşı qətiyyətlə hərəkət etməliyik”, -deyə Netanyahu bəyan edib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

“Cinsi qısnamalara görə cəza tədbirləri genişləndirilməli və sərtləşdirilməlidir” – Hüquqşünasdan AÇIQLAMA

Azyaşlılara və yeniyetmələrə qarşı cinsi qısnama halları artıb. Demək olar ki, hər gün bununla bağlı müəyyən informasiyalar alırıq. Mütəxəssislər arasında bu, uşaq istismarı fiziki qısnama, cinsi təcavüz, psixoloji təzyiq və məlumatsızlıq kimi dəyərləndirilir. Bütün bu kateqoriyalara uşaqları cinsi istismar etmək, uşaqlara zərər vermək, uşaqları erkən yaşda evləndirmək və saya bilməyəcəyimiz bir çox başqa şeylər daxildir. […]

Dünya

Kolumbiyada leysan yağışları daşqınlara səbəb olub: Ölən var

Ölkəyə yağan leysan yağışlar nəticəsində Kolumbiyanın paytaxtı və şimal bölgələrində daşqınlar baş verib. Bu barədə noyabrın 13-də yerli hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, yağan leysan Kauka çayının daşmasına səbəb olub. Sakinlər evlərin damına çıxaraq və qayıqlara minərək daşqınlardan xilas olmağa çalışıblar. İlkin məlumata görə, artıq təbii fəlakət nəticəsində bir nəfər ölüb. Mənbə: rossaprimavera.ru Xeberal.az

Kriminal

Bakıda keçmiş arvadını və daha bir nəfəri güllələyən şəxs tutulub

Noyabrın 13-ü saat 11 radələrində paytaxtın Suraxanı rayonu ərazisində iki nəfər şəxsin odlu silahdan açılan atəşlə xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Suraxanı rayon prokurorluğu məlumat yayıb. Aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu […]

Siyasət

“Cailber”: İranın Azərbaycana qarşı yanlışlıqları – VİDEO

Bölgəmizdə bəziləri elə hesab edirdi ki, Azərbaycan uzun illərdir bütün atmacalara, düşməncəsinə davranışlara, açıq təhdidlərə diplomatik baxımdan susub, qanayan tarixi yaraların üzərindən səssizcə yan keçibsə, deməli, bu ölkənin ümumiyyətlə deməyə sözü yoxdur. Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti süjetində deyilir. “Azərbaycan həqiqətən də bütün bu illər ərzində siyasi dözümlülük nümayiş etdirib, sözlərinə diqqətlə yanaşıb, hətta […]

Dünya

İsrail prezidenti Netanyahuya Nazirlər Kabinetini formalaşdırmağı tapşırdı

İsrail prezidenti İshak Hersoq bazar günü “Likud” partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hökumət koalisiyası yaratmaq mandatı verib. Hersoqun Qüdsdəki ofisində keçirilən mərasimin yayımını İsrail hökumətinin mətbuat xidməti həyata keçirib. Qanuna görə, Netanyahuya Nazirlər Kabinetini formalaşdırmaq üçün müddəti 14 gün uzatmaq imkanı ilə 28 gün vaxt verilir. Xeberal.az

Cəmiyyət

Tağıyev ənənələri davam etdirilmir: “Bu gün xeyriyyəçilərin əsl məqsədi təbliğatdır” – AÇIQLAMA

İnsan yaradılışdan özünəməxsus xüsusiyyətlərə malik olur. Bu xüsusiyyətlərdən, insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. Bu, insanlar arasındakı münasibətlərə də öz təsirini göstərir. Xeyirxahlıq odur ki, sən qarşı tərəfdən heç nə gözləmədən ona yaxşılıq edirsən. Keçmişə nəzər yetirsək, görərik ki, sözügedən xüsusiyyət ənənə olaraq gəlib, bu günümüzə çıxıb. Lakin əvvəllər xeyriyyəçilərin sayı çox idi. İmkanlı şəxslər xeyriyyəçiliklə […]