Cəmiyyət

Naxçıvanın icra başçısı qəzaya düşüb – FOTO

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib. “Report” xəbər verir ki, hadisə noyabrın 12-də axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan-Şərur avtomobil yolunda baş verib. Şərur istiqamətində hərəkət edən “Mitsubişi L-200” markalı avtomobil idarəetməni itirərək əvvəlcə “Hyundai” markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. […]

Cəmiyyət

Sabunçuda 14 yaşlı yeniyetməni avtomobil vurub

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Hüseynov Nihad Eldar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

“Böyük iyirmilik” ölkələrinin liderləri ənənəvi birgə fotosessiyaya qatılmayacaqlar

“Böyük iyirmilik” ölkələrinin liderləri İndoneziyada keçiriləcək sammitdə ənənəvi birgə fotosessiyaya qatılmayacaqlar. Mənbə yazır ki, buna səbəb Rusiya nümayəndəsinin sammitə qatılmaması ilə əlaqədardır. Belə ki, Rusiya Prezidenti Vladim Putinin iştirak etməyəcəyi sammitdə bu ölkəni Xarici İşlər Naziri Sergey Lavrov təmsil edəcək. İddia olunur ki, “Böyük iyirmilik” ölkələrinin liderləri Sergey Lavrovla şəkil çəkdirmək niyyətində olmadıqlarını açıqlayıblar. Xatırladaq […]

Dünya

ABŞ dövlət katibi: “Qərarı Ukrayna özü verəcək”

Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir. Bu sözləri Şərqi Asiya Sammitində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşün nəticələrinə dair açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Entoni Blinken həmçinin bildirib ki, Kiyev danışıqların məzmununa görə özü məsuliyyət daşıyır. Görüşdə D. Kuleba və E. Blinken “Taxıl müqaviləsi”nin qlobal […]