Dünya

Moldovada hökumət əleyhinə mitinq iştirakçılarının olduğu avtobus yanıb – FOTO

Sharing is caring!

Moldovanın Straseni şəhəri yaxınlığında 49 sərnişinin olduğu avtobus hökumət əleyhinə aksiyaya gedən zaman yanıb.

Baş Polis Müfəttişliyi bildirib ki, avtobus Baltidən Kişinyova hərəkət edib.

Hadisənin təfərrüatları və qurbanların olması barədə məlumat verilmir.

Qeyd olunub ki, hadisə noyabrın 13-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 12:30) baş verib.

Xatırladaq ki, bu gün Kişinyovun mərkəzində yürüş formatında etiraz aksiyası keçirilir.

Mənbə: Sputnik Moldova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir