Cəmiyyət

Azərbaycanda son sutkada 33 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb – FOTO

Sharing is caring!

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 570 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 963 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 390, bu günə qədər isə ümumilikdə 7 344 397 test icra olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir