İran məhkəməsi Tehran vilayətində etirazçılardan biri barəsində ilkin ölüm hökmü çıxarıb. Məlumata görə, saxlanılan şəxs hökumət binasını yandırmaqda və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub. Bundan əlavə, dincliyi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə təqsirləndirilən digər etirazçılara qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb. Bildirlib […]
Day: Aprel 17, 2024
Çavuşoğlu: “Bütün dövlət orqanları xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır” – FOTO
Türkiyə dövlətinin bütün bölmələri İstanbuldakı xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb. “İstiqlal küçəsində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun. Dövlətimizin bütün bölmələri (təhlükəsizlik orqanları – red) bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə […]
Zelenski türk dilində başsağlığı verdi – FOTO
“İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” səhifəsində türk dilində yazıb. “Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, – deyə dövlət başçısı qeyd edib. İstiklal Caddesi’nde meydana gelen patlamada çok sayıda […]
İstanbulda metro stansiyası yaxınlığında atışma səsləri eşidilib
İstanbulun Şişhane metrostansiyası yaxınlığında atışma səsləri eşidilir. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli vətəndaşı zərərsizləşdiriblər. Yerli sakinlər yaxınlıqdakı mağazalara sığınmağa məcbur olublar. Şahidlər ən azı 60 atəş səsi eşitdiklərini iddia edirlər. Mənbə: iz.ru Xeberal.az
“Beşiktaş”-“Antalyaspor” oyunu İstanbuldakı partlayış səbəbindən təxirə salındı
İstanbuldakı partlayışdan sonra hadisəyə yaxın bir məkanda oynanılacaq “Beşiktaş” – “Antalyaspor” matçının təxirə salındığı açıqlanıb. Bu barədə Türkiyə Futbol Federasiyaı məlumat yayıb. “İstiklal küçəsində baş verən partlayışdan sonra TFF İdarə Heyəti bu axşam saat 20:00-da “Vodafone Park”da oynanılması nəzərdə tutulan “Beşiktaş” – “Fraport TAV Antalyaspor” matçını təxirə salıb”, – deyə qurumdan bildirlib. Mənbə: NTVSpor Xeberal.az
Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib. Başsağlığıda deyilir: “Hörmətli Əminə xanım, İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara […]
İranda neft emalı zavodunda güclü yanğın baş verdi – Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. İstanbulda turistlərin ən çox üz tutduğu İstiqlal küçəsində dəhşətli partlayış baş verdi. Fransada anti-Azərbaycan təbliğatına qarşı aksiya keçiriləcək. İranda neft emalı zavodunda güclü yanğın baş verdi. Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az
Türkiyə səfiri: “Dövlətimiz bu xəyanətin arxasında duranlardan və onların əlaltılarından hesab soracaq” – FOTO
“Dövlətimiz bu xəyanətin arxasında duranlardan və onların əlaltılarından hesab soracaq”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twiter” hesabında yazıb. “İstanbulda törədilən xain bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik. Başımız sağ olsun. Güclü Türkiyədə əməliyyat keçirənlər bilsin – uğur qazana bilməyəcəksiniz”, – səfir vurğulayıb. Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəll əsi, İstiqlal […]
Ərdoğan: “İstiqlal küçəsindəki hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”
“Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duran məclislərin üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir”, – Ərdoğan qeyd edib. O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ […]
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığıda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan […]