Cəmiyyət

Tovuzda zəncirvari qəza baş verib – FOTO

Tovuz rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.  “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun mərkəzində “Asan Xidmət” Mərkəzinin yanında qeydə alınıb. Məlumata görə, qəza zamanı “Opel” , “Niva-Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması zamanı üç nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Şou-Biznes

Nazpəri İlhamə Quliyeva ilə arasındakı QALMAQALI AÇDI: “Yerində olsa idim…” – VİDEO

“Məndən öncə bir sənət adamı olub ki, o gözəl xanım neçə illərdir efirdə idi. Allah rəhmət eləsin. Heç o gərək mənimlə münaqişəyə girməzdi”. Lent. az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qonaq olarkən, deyib. O, mərhum müğənni İlhamə Quliyeva ilə arasındakı münaqişəyə illər sonra aydınlıq gətirib:  “Münaqişəni sevmirəm, amma o […]

Cəmiyyət

Rusiya mətbuatından ölkəmizə qarşı növbəti təxribat – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Suqovuşana ilk bayraq sancan şəxs. Xüsusi Təyinatlıların döyüşçüsü İlkin Fərzəliyevlə özəl müsahibə Bakunyus-da.  Rusiya mətbuatından ölkəmizə qarşı növbəti təxribat. Azərbaycan ərazilərinin adları erməni dilində səsləndirildi.  “Atamı tələyə saldılar”. Rəşad Dağlının oğlu atası ilə bağlı paylaşım etdi.  Füzulidə ikimərtəbəli ev yanaraq külə döndü. Ev sahibi və övladları xəsarət aldı. Daha […]

Cəmiyyət

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb – FOTO

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı avtomobil yolu keçən velosipedçi, rayonunun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub. Ağır xəsarət alan Əbülfət Həsənov hadisə yerində […]

Cəmiyyət

“Bayraq milli identikliyin təzahür formalarından biridir” – Könül İsmayılova

9 Noyabr – Azərbaycan Respublikasının  Dövlət Bayrağı Günüdür… Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Dövlət bayrağı gününün qeyd olunması isə Azərbaycan Xalq Cümhuriyyətinin  tarixi ilə bağlıdır. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın  üç təməl prinsipini təşkil edən […]

Dünya

III Çarlz və həyat yoldaşına yumurta atdılar – VİDEO

Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamilla Yorkşirə səfəri zamanı yumurta atəşinə tutulublar. Məlumata görə, monarx kraliça yoldaşı ilə birlikdə York şəhərinə rəsmi səfərə gəlib. Hadisə III Çarlz şəhər rəsmiləri ilə söhbət edərkən baş verib. İzdihamın arasından krala üç toyuq yumurtası atılıb. Hadisəni “Sky News” telekanalının operatoru lentə alıb. Kral cütlüyünə yumurta atan […]

Dünya

Şoyqu qoşunların işğal olunmuş Xersondan çıxarılmasını əmr etdi – VİDEO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı birləşmiş qoşunlar qrupunun komandirinin məruzəsindən sonra Rusiya qoşunlarının işğalın ilk günlərində ələ keçirilmiş Xersondan çıxarılmasına başlamaq barədə göstəriş verib. “Mən razıyam. Qoşunların çıxarılmasına başlayın”, – deyə Şoyqu bildirib. Mənbə: BBC Xeberal.az

Siyasət

“Prezidentin Şuşada səsləndirdiyi fikirlər Ermənistana ciddi xəbərdarlıqdır” – RƏY + FOTO

“Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilərin qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər həm Ermənistana, həm bu ölkənin havadarlarına, həm də Ermənistanla bir sıra cinayət əməllərində vahid mövqe nümayiş etdirən, İrəvanın təxribatçı mövqeyini dəstəkləyən dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, bu gün Ermənistan öz havadarlarına […]