MARAQLI

Yüz il öncəki fotolarda “zaman səyahətçisi” tapılıb – FOTO

30-cu illərin fotolarında əlində mobil telefon olduğu güman edilən qadın aşkar olunub. Bir çoxlarının fikrincə, 1937-ci ildə çəkilmiş şəkillərdəki xanım öz geyimilə də digərlərindən seçilir. Bəziləri təsvirdəki şəxsin zamanda səyahət edən və gələcəkdən gələn bir insan olduğunu iddia ediblər. Lakin qadının kimliyi və ya kiminlə danışdığı barədə məlumat yoxdur. Mənbə: gazeta.ru Xeberal.az

Cəmiyyət

DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı? – VİDEO

Vətən müharibəsinin ilk günlərində Ermənistanın Gorusda yerləşən Birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün bir plan qurmuşdu. Hətta Ermənistanın ordu komandanlığı siyasi rəhbərliyi əmin etmişdi ki, qurulan tələ ilə onlar bir neçə gün ərzində Azərbaycan Ordusu üzərində böyük qələbə qazanacaqlar. Ancaq Dövlət […]

Dünya

ABŞ-da naməlum şəxs lotereyada 2 milyard dollardan çox pul uddu

ABŞ-da “Powerball” lotereyasının iştirakçısı 2,04 milyard dollarlıq cekpot qazanıb. Məlumata görə, lotereya nümayəndələri ən azı bir biletin çərşənbə axşamı elan edilən bütün nömrələrə uyğun gəldiyini təsdiqləyiblər. Eyni zamanda, onlar qalib haqqında məlumat, eləcə də uduşlu biletlərin sayını dəqiqləşdirməyiblər. Əgər bir neçə bilet qalib gəlibsə, mükafat fondu bölünəcək. Əvvəlki lotereya rekordu 2016-cı ildə qeydə alınıb. Sonradan […]

İdman

Abramoviçin “Çelsi”nin satışından əldə etdiyi gəlir Ukraynaya köçürülməyib

Böyük Britaniya Roman Abramoviçin İngiltərə Premyer Liqasında (APL) çıxış edən “Çelsi” futbol klubunun satışından əldə etdiyi gəliri Ukraynaya köçürməyib. Bunu noyabrın 8-də Britaniya xarici işlər nazirinin müavini Leo Doçerti bildirib. XİN rəsmisinin sözlərinə görə, Britaniya Ukraynaya 3,5 milyard funt sterlinq (təxminən 4 milyard ABŞ dolları) köçürməli idi, lakin bu, hələ həyata keçirilməyib. Belə ki, Abramoviçə […]

Dünya

Fransada yaşlı qadın xəstəxanada aclıqdan ölüb

Fransanın Dijon xəstəxanası yaşlı xəstənin aclıqdan ölməsi ilə bağlı inzibati istintaqa başlayıb. “Hazırda bu faciənin bütün hallarını müəyyən edəcək araşdırma aparılır”, – tibb müəssisəsinin baş həkiminin müavini Lüsi Lijye bildirib. 77 yaşlı mərhum qadının qohumları şikayət ərizəsi ilə müraciət edərək, onun ölümündə tibb müəssisəsinin əməkdaşlarını günahlandırıblar. Şikayətə görə, onların qohumu üzərində edilməsi nəzərdə tutulan əməliyyat […]

Siyasət

Azərbaycanın müasir ordu quruculuğu uğurla davam edir – VİDEO

Azərbaycanda Ordu quruculuğu prosesi prezident İlham Əliyevin rəhbərliyi ilə yeni və daha güclü mərhələyə qədəm qoyub.  Çünki müstəqillik dövründə ordunun davamlı şəkildə möhkəmləndirilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Azərbaycan regionda yaratdığı geostrateji və geosiyası reallıqlardan bəhrələnərək dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı hazırda da burada davam etdirir. Daha ətraflı Baku […]

Dünya

Ukrayna ABŞ-dan İran PUA-larına qarşı vasitələr istəyib

Ukrayna ABŞ-dan ölkənin Silahlı Qüvvələrinə İran pilotsuz uçuş aparatlarını vurmağa kömək edəcək C-RAM sistemlərini tədarük etməyi xahiş edib. Bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun ABŞ Konqresinə ünvanladığı məktubda bildirilib. Stefançuk məktubunda C-RAM yüksək mobil hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasına başlanmasının zərurətini vurğulayıb. Belə ki, bu sistemlər vacib obyektlərin və xüsusilə mühüm elektrik […]