Cəmiyyət

Gəncədə gənc qız dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. APA xəbər verir ki, hadisə 1-ci mikrorayon bina 6A, mənzil 7 ünvanında baş verib. 2004-cü il təvəllüdlü Aysun Xudaverdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 18 yaşlı qız yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xeberal.az

Dünya

Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb

Noyabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətində dörd hərbi administrasiyanın yaradılması barədə fərman imzalayıb. Dövlət başçısının 760 saylı fərmanı ilə Xerson vilayətində Skadovski rayonunun Dolmatovskaya kənd hərbi idarəsi, Skadovski rayonunun Qolopristan şəhər hərbi idarəsi, Kaxovka rayonunun Kaxovka şəhər hərbi idarəsi və Kaxovka rayonunun Krestovski kənd hərbi idarəsi formalaşdırılıb. Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş […]

Dünya

İsrailin müdafiə naziri: “İsrail İranı vura bilər”

İsrailin İrana zərbə endirmək imkanı var. Lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq. Bunu yəhudi dövlətinin müdafiə naziri Beni Qants bildirib. “İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələni də çox diqqətlə […]

Dünya

Hakerlər Moldova Prezidenti və baş nazir müavininin “Telegram” hesablarını ələ keçiriblər

Noyabrın 9-da hakerlər Moldova Prezidenti Maya Sandu və baş nazirin müavini Andrey Spinunun rəsmi “Telegram” hesablarını “sındırıblar”. Siyasətçilərin sosial şəbəkələrində respublikanın ədliyyə naziri Sergiu Litvinenkonun korrupsiya sxemləri ilə bağlı eyni mesajlar yayılıb. Öz növbəsində, M.Sandunun mətbuat xidməti Moldova prezidentinin rəsmi “Telegram” kanalında çıxan bütün paylaşımların yalan olduğunu və hakerlər tərəfindən dərc edildiyini bildirib. Mənbə: iz.ru […]

Dünya

İlon Mask “Tesla”nın 4 milyard dollarlıq səhmlərini satıb

Amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Mask “Twitter” sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra noyabrın 4-dən 8-dək avtomobil şirkətindəki səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb. Son satış nəticəsində Maskın “Tesla”dakı payı 14,7%-dən 14,1%-ə düşüb. Satışın “Twitter” ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi […]

Cəmiyyət

Atatürkün Azərbaycanla bağlı planı nə idi? – VİDEO

7 yaşında atasını itirdi, 10 yaşında oxuduğu məktəbdən uzaqlaşdırıldı, 24 yaşında həbs olundu, 38 yaşında vəzifəsindən azad olundu, 39 yaşında haqqında edam cəzası verildi və 42 yaşında dövlət qurdu. Söhbət Mustafa Kamal Atatürkdən gedir.  Atatürkün hərbçi, siyasətçi və ideoloq olması danılmaz faktdır. Hərb işini mükəmməl bilmək, dövlət qurmaq, siyasət aparmaq, müxtəlif taktiki gedişlər edərək ölkəni […]

Siyasət

“Caliber”: Ermənilər Moskvaya şikayətləniblər – VİDEO

Ruben Vardanyan və tərəfdarları yaman qorxuya düşüblər. Vardanyanın cinayətkar dəstəsinin üzvləri müdafiə üçün Moskvadakı yüksək vəzifəli himayədarlarına üz tutublar. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “Bakı qonşularından fərqli olaraq, hər zaman sözünü tutur. Bunu xəbərdarlıq edilən ünvanlarda çox yaxşı anlayırlar. Onu da bilməlidirlər ki, bəzən bizim bir qədər səbirli davranmağımız zəiflik kimi […]

Dünya

Putin Paşinyanla telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçiriləcək sammitinə hazırlıq müzakirə edilib. Rusiya Prezidentinin noyabrın 22-də Ermənistana səfər edəcəyi bağlı məlumatlar da yayılıb. Xeberal.az

İdman

Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a layiq görüldü – FOTO

Hücumçu Robert Levandovski ardıcıl ikinci il “Qızıl buts”u qazanıb. Ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb. PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq […]

Müharibə

Kursantlar Zəfər zirvəsinə bayraq sancdı – VİDEO

Vətən Müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun Cəmşid Naxçıvanski adına hərbi liseyinin kursantlarının və media nümayəndələrinin Zəfər zirvəsinə ekspedisiyası təşkil olunub.  Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə alpinistlər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların məzarını ziyarət edərək, üzərinə gül […]