Kriminal

Meyxanaçılar Rəşad Dağlıdan danışdı – YENİLƏNİB + FOTO/VİDEO

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Baku TV-yə Rəşad Dağlı haqqında danışan meyxanaçılar onun səbirli, dürüst insan olduğunu deyib. “Qətlə yetirdiyi şəxslə aralarında nə baş verdiyini deyə bilmərəm”, – deyə meyxanaçı Ağamirzə Məmmədov […]

Siyasət

Ermənistanın kapitulyasiya aktına imza atmasından iki il ötür – FOTO/VİDEO

Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından iki il ötür. 10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə […]

Cəmiyyət

Siyəzəndə iki maşın toqquşub, ölən var

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə rayonun Eynibulaq kəndi ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Abbasov Əhəd Balamirzə oğlunun öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Dünyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatıb

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük rəqəmdir. Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib. “İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu, […]

Cəmiyyət

Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanıldı

Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu. Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi […]

Cəmiyyət

Rusiya mediasının Vardanyan təbliğatı – VİDEO

Rusiya telekanallarında anti-Azərbaycan aksiyası davam edir.  Bu dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilən təxribatlara RBK telekanalı qoşulub. Belə ki, telekanalın əməkdaşı İliyada Doronov separatçı Ruben Vardanyanla genişmiqyaslı müsahibə hazırlayıb.  Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında təxribat xarakterli material hazırlayan Doronov bununla Rusiya mediasında erməni lobbisi tərəfindən maliyyələşdirilən təxribatların sayını artırıb. Daha ətraflı Baku TV-nin süjetində: […]

Dünya

İsveçin ən böyük AES reaktoru söndürüldü

Noyabrın 9-da turbinin fəaliyyyətindəki problemlər səbəbindən İsveçdəki ən böyük atom elektrik stansiyasının reaktorunun işi dayandırılıb. “Oskarshamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Nasazlıqların aradan qaldırılması davam edir”, – AES sözçüsü Dezire Lilyeval bildirib. Məlumata görə, 2022-ci ildə AES-də müxtəlif səbəblərdən artıq bir neçə dəfə nasazlıqlar qeydə alınıb. Hazırda stansiyanın işini nə […]

Cəmiyyət

Şəmkirdə mağazada 42 yaşlı kişi bıçaqlanıb

Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb. “Report” xəbər verir ki, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb. O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib. Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az