İdman

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib. “Report”un məlumatına görə, komanda B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib. Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici raunda vəsiqə qazanıb – 22:19. Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. […]

Dünya

Laçın dəhlizi ilə sülhməramlıların məsuliyyət zonasına silahlar daşınır – FOTO

“Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub. “Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər: – piyada əleyhinə minalar; – tank əleyhinə minalar; – avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar; – snayper tüfəngləri; – 122 mm-lik minaatanlar; – “Fagot” tank […]

Cəmiyyət

Kağızsız xidmət, əlavə xərcin və vaxt itkisinin azalması: Rəqəmsal uçurumdan necə xilas olmalı? – FOTO

Zaqatala rayon sakini Elvin Vəliyev deyir ki, ünvanlı sosial yardımla bağlı elektron müraciət ünvanlayan zaman çətinliklə üzləşib. Buna səbəb isə özünün də bildirdiyi kimi, onlayn platformalarla işləmək üçün yetəri qədər biliklərinin olmamasıdır. Elvin Vəliyev kimi yüzlərlə, minlərlə vətəndaş var ki, müəyyən sənədləri hazırlayarkən preblemlərlə üzləşir. Bu, ölkədə rəqəmsal savadlılığın yetərsizliyindən xəbər verir. Müasir dövrdə məlumatların internet vasitəsilə […]

Müharibə

Ordunun itkisiz keçidini təmin edənlər: Vətən müharibəsinin görünməz qəhrəmanları – FOTO

Mühəndis-istehkamçılar Silahlı Qüvvələrimizdə əhəmiyyətli vəzifə icra edən qoşun növüdür. Döyüş əməliyyatlarında qazanılan müvəffəqiyyət bir çox hallarda məhz mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən asılıdır. Çünki düşmənin mühəndis maneələrindən və dağıntılarından keçidlərin açılması, əngəllərdən keçmələrin hazırlanması, ərazinin və obyektlərin minalardan təmizlənməsi, qoşunların hərəkəti, həmçinin də təxliyəsi üçün yolların hazırlanması və saxlanılması mühəndis-istehkamçıların əsas […]

İqtisadiyyat

Azərbaycana gətirilən plastmas şprislər və tibbi maskalar üçün materiallara güzəşt müddəti artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliyə görə, bəzi mal qruplarında idxal gömrük rüsumları ilə bağlı bəzi güzəştlərin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Ölkəyə idxal olunan metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə […]

Cəmiyyət

Vəkillərin ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib. Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan […]

İdman

Bakıda keçirilən Dünya Kubokunda ilk finalçı bəlli oldu

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda ilk finalçı bəlli olub. “Report”un məlumatına görə, İran yığması A qrupundakı ikinci görüşündə Qırğızıstan kollektivi ilə üz-üzə gəlib. İran rəqibini 8:2 hesabı ilə üstələyərək finala yüksəlib. Komanda daha əvvəl Türkiyə seçməsini 6:4 hesabı ilə məğlub edib. Qrupda bu gün Türkiyə – Qırğızıstan qarşılaşması da olacaq. Dünya Kuboku Qırğızıstan […]

Cəmiyyət

Maraqlı “qənaət üsulu”: İşıq dirəkləri göy üzünü aydınladır – FOTO

Bakıda yolun kənarında quraşdırılmış işıq dirəkləri təəccübə səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb. Belə ki, Yasamal rayonu ərazisində, İnşaatçılar metrosu yaxınlığında çəkilmiş görüntüləri paylaşan istifadəçi qeyd edib ki, 13 nömrəli məktəbin yolunu işıqlandırmaq üçün qoyulmuş dörd ədəd işıq dirəyindən ikisində fanarlar yerə doğru deyil, üzüyuxarı, səmaya doğru quraşdırılıb. Bu […]

Siyasət

Ceyhun Bayramov Moldovanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Azərbaycandakı yeni səfiri Aleksandr Yesaulenko ilə görüşüb, etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-dən məlumat verilib. Nazir səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov, Azərbaycan və Moldova […]

İdman

“Neftçi” Sumqayıt yolunda tıxaca düşdü: Matç gec başlayacaq

Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt” – “Neftçi” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da başlamaycaq. Peşəkar Futbol Liqasının rəsmi saytında paylaşılan məlumata görə, buna səbəb qonaq komandanın yollarda yaranmış böyük tıxac üzündən stadiona oyun günü planına uyğun çata bilməməsidir. Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və Əsasnamə rəhbər tutularaq, görüşün 30 dəqiqə […]