İdman

“Neftçi” Sumqayıt yolunda tıxaca düşdü: Matç gec başlayacaq

Sharing is caring!

Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt” – “Neftçi” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da başlamaycaq.

Peşəkar Futbol Liqasının rəsmi saytında paylaşılan məlumata görə, buna səbəb qonaq komandanın yollarda yaranmış böyük tıxac üzündən stadiona oyun günü planına uyğun çata bilməməsidir.

Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və Əsasnamə rəhbər tutularaq, görüşün 30 dəqiqə gec başlamasına qərar verilib.

Qeyd edək ki, qarşılaşma 19:30-dan etibarən “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir