Cəmiyyət

Qəzalı vəziyyətdə olan həkim məntəqəsi: Qurumlar günahı bir-birinin üstünə atır – VİDEO

Tovuzun Abulbəyli kəndinin həkim məntəqəsi qəzalı vəziyyətdədir. Ötən əsrin 70-ci illərində tikilən və hazırda Əmlak məsələləri üzrə dövlət xidmətinin nəzdində olan binadan məntəqə üçün 4 kiçik otaq ayrılıb. 17 tibb işçisinin çalışdığı məntəqə illərdir kollektivin səyi nəticəsində cari təmir edilərək saxlanılıb. Dörd minədək kənd sakininə xidmət edən məntəqənin binası hazırda acınacaqlı vəziyyətdədir. Daha ətraflı Baku […]

Dünya

ABŞ-da tornado fəlakəti: Bir ölü, 10 yaralı

ABŞ-ın Oklahoma və Texas ştatlarında tornado baş verib. Oklahomanın fövqəladə hallar idarəsinin direktoru Kodi MakDeniel bir nəfərin öldüyünü açıqlayıb. Tornadonun böyük ziyan vurduğu 7 minə yaxın əhalisi olan İdabel rayonunda kilsə, tibb məntəqəsi və məktəb dağılıb. ABŞ Milli Meteoroloji Xidmətinin verdiyi açıqlamaya görə, qasırğanın tüğyan etdiyi digər ştat Texas olub. Ştatın Lamar bölgəsində ən azı 50 […]

İdman

İstanbul derbisi: Argentinalı ulduz “Qalatasaray”a qələbə qazandırdı – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub. “Report” xəbər verir ki, XIII tura təsadüf edən oyunda “Beşiktaş” “Qalatasaray”ın qonağı olub. NEF stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 18-ci dəqiqədə “sarı-qırmızılılar”dan Mauro İkardi açıb. 28-ci dəqiqədə “qara qartallar”ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. […]

Mədəniyyət

Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda yatdı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?

Bu gün aktyor, Xalq artisti Eldəniz Zeynalovun doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir. Eldəniz Məmməd oğlu Zeynalov 1937-ci il yanvarın 1-də Bakının Yuxarı Dağlı küçəsində hərbiçi ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”. Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı […]

Dünya

Cənubi Koreyada 9 gün yerin altında qalan mədənçilər qurtarıldı

Cənubi Koreyada 62 və 56 yaşlı iki mədənçi çökmədən sonra 9 gün dağıntılar altında qalıb. Sink mədəninin çökməsi 26 oktyabr 2022-ci ildə Bonhva əyalətinin şimal-şərqində baş verib. Nəticədə 2 işçi 190 metr dərinlikdə qalıb. Koreyalılar bir həftədən çox müddət ərzində dərinliyə enməzdən əvvəl özləri ilə götürdükləri hazır qəhvəni içiblər. Kişilər isinmək üçün çadır qura və […]

Dünya

Somalidə hərbi bazada partlayış: Azı 15 nəfər öldü

Şənbə günü Somalinin paytaxtı Moqadişodakı hərbi bazada terror aktı baş verib. Partlayış nəticəsində azı 15 nəfər həlak olub. Məlumata görə, Vadajir rayonunda keçmiş qənnadı fabrikinin binasında yerləşən bazanın ərazisində kamikadze özünü partladıb. Baza elit bölmələr üçün təlim mərkəzi kimi istifadə olunur. Mənbə: TASS Xeberal.az

Dünya

Molla rejiminin qanlı siyasətinin hədəfindəki Güney Azərbaycan – VİDEO

İranda uzun zamandır davam edən mitinqlər sosial problemlərə görə başlasa da, daha fərqli məcralara yönlərək etnik problem səviyyəsinə yüksəlib. İnsanlar illərdir onlara diqtəedilən dəyərlərin daşını atıb. İndi o daş İranın molla rejiminin başında çatlayacaq kimi görünür. Küçə iğtişaşlarını yatırmaqda çətinlik çəkən molla rejimi son çarə olaraq etirazların başında gələn şəxslərin edamına start verib. Təəssüf ki, […]

Dünya

Rusiyanın puç olan qaz ümidləri: Avropanın “donması” gələn ilə qaldı – TƏHLİL

Avropa sevinc içindədir. Təbii qazın qiymətində kəskin ucuzlaşma xəbərləri qitə ölkələrində az qala toy-bayram kimi qarşılanıb. Doğrudan da, zarafat deyil, insanlar qorxu içində bu qışdan necə çıxacaqlarını düşünürdü. Hökumətlər də əhalini qənaət rejiminə keçmək barədə xəbərdarlıq edirdi. Amma gözlənilmədən qiymətlər 1000 kubmetr üçün hətta 900 dollara kimi düşdü. Halbuki mart ayında az qala 4000 dollara […]

Dünya

Aİ ölkələri İrana qarşı yeni sanksiyalar paketi təqdim edib

Almaniya digər səkkiz Aİ ölkəsi ilə birlikdə ötən çərşənbə günü Brüsseldə nümayişçilərə qarşı pis rəftarla bağlı İranda fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar paketini təqdim edib. Məlumata görə, sanksiyalar paketi 31 təklifdən ibarətdir ki, hazırda onların mümkünlüyü hüquqi baxımdan öyrənilir. Siyahıya təhlükəsizlik sektorundan olan şəxslər və qurumlar, eləcə də İranda zorakılıq və repressiyaya ortaq […]

Cəmiyyət

Dərmanlar niyə bahalaşıb? – VİDEO

Əvvəl 40 qəpiyə satılan yodun qiyməti artaraq 1 manat 20 qəpik olub. Bir müddət əvvəl isə bu məhlulu apteklərdə tapmaq mümkün deyildi. Alcılar isə qiymətlərin artımı ilə yanaşı dərmanların tapılmamasından da şikayətçidirlər. Baku TV mövzu ilə bağlı süjet hazırlayıb. Əczaçılar da bildiriblər ki, bir çox dərman məmulatlarının qiymətlərində 40-50%-ə yaxın artım var. Daha ətraflı süjetdə: […]