Dünya

Cənubi Koreyada 9 gün yerin altında qalan mədənçilər qurtarıldı

Sharing is caring!

Cənubi Koreyada 62 və 56 yaşlı iki mədənçi çökmədən sonra 9 gün dağıntılar altında qalıb.

Sink mədəninin çökməsi 26 oktyabr 2022-ci ildə Bonhva əyalətinin şimal-şərqində baş verib. Nəticədə 2 işçi 190 metr dərinlikdə qalıb.

Koreyalılar bir həftədən çox müddət ərzində dərinliyə enməzdən əvvəl özləri ilə götürdükləri hazır qəhvəni içiblər. Kişilər isinmək üçün çadır qura və ocaq yandıra biliblər.

Hadisədən sonrakı onuncu gündə xilasedicilər mədənçiləri çıxarmağa müvəffəq olublar. Hazırda mədənçilər xəstəxanadadırlar, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir