Cəmiyyət

Şəmkirdə avtomobil ağaca çırpılıb, 5 nəfər xəsarət alıb

Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb, xəsarət alanlar var. “Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 2001-ci il təvəllüdlü A.Zalov, 2004-cü il təvəllüdlü M.Cəfərova, 1986-cı il təvəllüdlü G.Cəfərova, 2004-cü il təvəllüdlü A.Orucova və 2008-ci il təvəllüdlü G.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan A.Zalovun və […]

Dünya

Hindistanın ilk rəsmi seçicisi vəfat etdi

Hindistan tarixində ilk rəsmi seçici olan Şyam Saran Negi şənbə günü Himaçal Pradeş ştatının şimalındakı evində 106 yaşında vəfat edib. O, uzun ömrü ərzində müxtəlif səviyyəli seçkilərdə 34 dəfə səs verib. Negi 5 oktyabr 1951-ci ildə Hindistanın Britaniyadan müstəqillik qazanmasından sonra (1947-ci ildə) keçirilən ilk müstəqil ümumi seçkilərdə səs verəndə Kalpa dağ kəndində məktəb müəllimi […]

Cəmiyyət

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb. Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış […]

Mədəniyyət

Mahir kanon ifaçısı: “Bütün not dəftərlərimi yandırdım” – SƏNƏT SÖHBƏTİ + FOTO

Füzuli “Yeddi cam” poemasında deyir ki, “Хоş nəğmələr ilə edərək aləmi məmnun, Bir huri, mələk üzlü çalırdı iri Qanun”.  “Kaspi” qəzetinin əməkdaşı hələ Füzuli dövründən məşhur olan qanun, yəni kanon alətinin ifaçısı Humay Abbasla söhbətləşib. O, həm də Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının rəhbəridir. Humay Abbas “kanonu […]

Dünya

Podolyak: “İrandakı PUA və raket zavodları vurulmalıdır”

İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür. Bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə […]

İdman

Eldəniz Əzizli: “Kapitan kimi üzərimə böyük iş düşür” – FOTO

“Komanda yarışında start böyük önəm daşıyır. Yığmaya ən çox medal verən idmançıyam. Kapitan kimi üzərimə böyük iş düşürdü. Döyüşü yaxşı keçirməliydim ki, yoldaşlarım da mənə layiq şəkildə güləşsinlər”. “Report”un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən Dünya Kubokunda gürcüstanlı Nuqzari Tsurtsumiaya 9:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Rəqibin […]

Mədəniyyət

Murad Dadaşov: “Bizi qarşıda Xankəndidə hərbi parad gözləyir”

“Bizi qarşıda Xankəndidə hərbi parad gözləyir”. Bu sözləri “Şuşanın 270 Anı” layihəsinin təqdimat mərasimində “Xəzər” Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. Onun sözlərinə görə, tezliklə bayrağımız Xankəndidə ucaldılacaq: “Hesab edirəm k, Şuşa xüsusi bir məkandır. Şuşasız Azərbaycan mümkün deyildi. Azərbaycan xalqı bir yumruq kimi birləşib nailiyyətlər qazanacaq. Bu, azərbaycançılıq təntənəsidir. Əminəm ki, bizi qarşıda […]

Siyasət

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, bu barədə qərar Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasında qəbul edilib. Həmçinin, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib. İclas […]

Cəmiyyət

“Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin təqdimat mərasimi keçirilib – FOTO

“Cəmiyyətin və Medianının İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin təqdimat mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, mərasimdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş ilk olaraq görülən işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, bu gün bizim üçün […]

Cəmiyyət

Bakı Zooloji Parkının yeni saytı istifadəyə verildi

Bakı Zooloji Parkının “www.bakuzoo.az” rəsmi internet səhifəsi istifadəçilərin ixtiyarına verilib. Zooloji Parkından Oxu.Az-a verilən məlumata görə, ingilis, rus, azərbaycan dillərində fəaliyyət göstərən saytın funksionallığı, dizayn üslubu müasir tələblərə uyğunlaşdırılmış, məzmun cəhətdən təkmilləşdirilərək bölmə və xidmətlərinin rahatlığı ilə seçilir.   Yeni sayt vasitəsilə Zooloji Parkı hətta canlı kameralar vasitəsilə izləmək mümkün olacaq. Yeni məlumatlarla zənginləşdirilmiş sayt […]