Dünya

Estoniya Rusiya ilə gömrük razılaşmasını pozur

Estoniya Rusiya ilə gömrük əməkdaşlığına dair ikitərəfli sazişi ləğv etmək qərarına gəlib. 1997-ci ildə imzalanmış bu sazişin ləğvi ilə bağlı qərarı Estoniya hökuməti qəbul edib. Estoniya xarici işlər naziri Urmas Reinsalu bunun Estoniya ilə Rusiya arasında münasibətlərin minimuma endirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. Qeyd olunur ki, müqavilə ləğv edildikdən sonra daha altı ay qüvvədə […]

Dünya

Çin nümayəndə heyətinə kraliça II Elizabetlə vidalaşmaq qadağan edilib

Britaniya parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl Çin nümayəndə heyətinin kraliça II Elizabetlə vidalaşmaq üçün Londondakı Vestminster-holla getməsinə icazə verməyib. Bu barədə spikerin özü məlumat verib. Çin nümayəndə heyətinin bazar ertəsi, sentyabrın 19-da Vestminster abbatlığı kilsəsində kraliçanın dəfn mərasimində iştirak edəcəyi istisna edilmir, lakin onlar tabutun olduğu Vestminster-holla buraxılmayacaqlar. Qeyd edək ki, 2021-ci ilin sentyabrında Böyük […]

Dünya

Türkiyədə ana südü körpənin ölümünə səbəb oldu – FOTO

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda bədbəxt hadisə yaşanıb. Boğazında ana südü qalan dörd aylıq körpə ölüb. Anası körpəni əmizdirərək beşiyinə qoyub. Bir müddət sonra onun hərəkətsiz yatdığını görüb və təcili yardım çağırıb. Hadisə yerinə gələn təcili yardım qrupu körpənin nəfəs borusuna süd sızdığını müəyyən edib. Nəfəsi kəsilən körpəyə ürək masajı edilib, daha sonra xəstəxanaya aparılıb. […]

Cəmiyyət

Bakıda sahibsiz itlərlə mübarizə gücləndiriləcək

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) hazırda sahibsiz itlərlə mübarizə ilə bağlı layihə üzərində işləyir. “Report” xəbər verir ki, bunu Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair “dəyirmi masa”da iştirak edən BŞİH-in əməkdaşı Mirtural Mirsultanov deyib. O qeyd edib ki, sahibsiz itlərin sayı olduqca çoxdur və bununla bağlı bütün müraciətlərə baxırlar. Məsələnin mediada işıqlandırılması da bu […]

Cəmiyyət

Qlobal kağız qıtlığı yeni tədris ilinə hazırlıqda hansı çətinliklər yaradıb? – ARAŞDIRMA + FOTO

Yeni tədris ilinin başlaması kağız materiallara tələbatı yenidən gündəmə gətirib. İstər dərs vəsaitləri, istərsə dəftərlər, albomlar, məktəbdə istifadə olunan A4 formatlı kağızlar hazırda ən çox satılan məhsullar arasındadır. Məktəbli valideynləri iddia edirlər ki, belə məhsulların qiyməti ötən illə müqayisədə xeyli bahalaşıb. Bu bahalaşmanın mövsümi xarakter daşıdığını demək olardı. Lakin yay aylarında da kağız qiymətlərinin yüksək […]

Cəmiyyət

XTQ-də xidmət etmiş qazi: “Ordumuz dövlətin diqqətindən və xalqın sevgisindən hər zaman güc alıb” – FOTO

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də törətdiyi təxribatlara ordumuzun layiqli cavabı bir daha onu göstərir ki, bizim savaşımız əzəldən bu yana haqq savaşıdır. Azərbaycan Ordusu dövlətin diqqətindən və xalqın sevgisindən hər zaman güc alıb”. Bu sözləri “Report”a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi İbrahim Həsənov […]

Cəmiyyət

Şəhid Rəşad Qənbərli Cəlilabadda dəfn edilib – FOTO

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayon sakini, Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub. “Report”un məlumatına görə, şəhidlə Uzuntəpə kəndində vida mərasimi keçirilib. Daha sonra şəhid Uzuntəpə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, şəhid R.Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan […]

Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 5-9 sentyabr tarixlərində uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Müsahibənin nəticələri ilə linkdən tanış olmaq mümkündür. Xeberal.az

Dünya

Ermənistan Rusiyanı təhdid edir: “102 saylı bazanı rədd etmək lazımdır”

Ermənistanda bir sıra dairələr Rusiyanı açıq şəkildə təhdid etməyə başlayıb. Belə ki, Ermənistanın “Erməni qartalları – Vahid Ermənistan” Partiyasının sədri Xaçik Asryan bununla bağlı fikirlər səsləndirib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı qorumalı olduğunu bildirib: “Ya KTMT bizi qoruyur, ya da Ermənistan blokdan çıxır və 102 saylı Rusiya hərbi bazasını rədd edir”, – deyə X.Asryan […]

Siyasət

Ukraynanın Azərbaycandakı səfiri Hikmət Cavadla görüşdü

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad arasında görüş keçirilib. H.Cavadın Oxu.Az-a verdiyi məlumata görə, görüş zamanı Ukraynanın mənafeyini qorumaq, humanitar yardım göstərmək istiqamətində UABD tərəfindən həyata keçirilən layihələrlə bağlı məsələlər müzakirə olunub. “Ukraynanın müharibədən zərər şəkmiş, məhrumiyyətlərə düçar olmuş əhalisinə, habelə Ukrayna ordusuna UABD tərəfindən göstərilən maddi […]