Dünya

Türkiyədə ana südü körpənin ölümünə səbəb oldu – FOTO

Sharing is caring!

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda bədbəxt hadisə yaşanıb.

Boğazında ana südü qalan dörd aylıq körpə ölüb.

Anası körpəni əmizdirərək beşiyinə qoyub. Bir müddət sonra onun hərəkətsiz yatdığını görüb və təcili yardım çağırıb.

Hadisə yerinə gələn təcili yardım qrupu körpənin nəfəs borusuna süd sızdığını müəyyən edib. Nəfəsi kəsilən körpəyə ürək masajı edilib, daha sonra xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Körpənin meyiti ekspertiza üçün Məhkəmə Tibb İnstitutuna göndərilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir