Cəmiyyət

Şəhid qardaşının təkzib videosunu kim çəkib? – VİDEO

Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video cəmiyyətdə birmənalı qarşılanmadı. Bəs həmin görüntüləri kim çəkib? Bu və digər qaranlıq məqamlara BAKU TV-nin hazırladığı […]

İdman

İkardi İstanbuldakı ilk oyununda “Qarabağ”ın keçmiş qapıçısı ilə dalaşdı – VİDEO

Türkiyə Superliqasının növbəti turundakı “Qalatasaray” – “Konyaspor” matçı gərgin mübarizə ilə yanaşı maraqlı anlarla da yadda qalıb. Çempionat başladıqdan bəri 6 turdur ki, top buraxmayan qonaq komanda matçın ilk dəqiqəsindəcə qapısında qol görüb. Oyunun gedişində konyalılar hesabı bərarəbləşdirməyə nail olsalar da, onların planlarını “cim-bom”un bu mövsümdəki ən səs-küylü transferi İkardı pozub. Argentinalı futbolçu Superliqadakı ilk […]

Cəmiyyət

Britaniyadakı soydaşlarımız Ermənistanın Londondakı səfirliyi qarşısında piket keçiriblər – FOTO

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında icazəli piket keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, piket iştirakçıları Ermənistan silahlı qüvvələrinin ölkəmizlə dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini […]

Dünya

Çin şirkəti “uğursuz” telefon nömrələri olan şəxsləri işə götürmür

Çində bir şirkət telefon nömrələrinin sonu “5” rəqəmi ilə bitən insanları işə götürməkdən imtina edir. Məlumata görə, söhbət Quandun əyalətindən olan şirkətdən gedir. Şirkət rəhbəri göstəriş verib ki, telefon nömrəsi “5”lə bitən şəxslər işə götürülməsin. O, bunun uğursuz rəqəm olduğunu və ona problemlər gətirəcəyini düşünür. Astrologiya və numerologiya üzrə ixtisaslaşan yerli bloqerlərdən biri izah edib […]

İdman

“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. Oxu.Az-ın məlumatına görə, “Neftçi” “Asco Arena”da “Səbail”in qonağı olub. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər. Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” ilk pilləyə yüksəlib. 5 xalı olan […]

Cəmiyyət

Yersiz konteynerlər: Bakıda zibil qutuları dayanacağın yanına qoyuldu – VİDEO

Bakının Zabrat qəsəbəsində zibil yeşikləri avtobus dayanacağı nişanının olduğu əraziyə qoyulub. Xezerxeber.az-ın məlumatına görə, ona görə də sərnişinlər konteynerlər olan yerdən avtobusa minirlər. Söhbət Sabunçu rayonu, Zabrat qəsəbəsinin əsas yolundan gedir. Zabrat-Maştağa şossesində dayanacaqlardan birinin düz yanına zibil yeşikləri qoyulub. Avtobuslar üçün nəzərdə tutulan dayanacağa tullantıların atılması üçün 3 ədəd konteyner qoyulub. Sərnişinlər eyni ərazidə […]

Dünya

Maksim Qalkin Rusiyada xarici agent elan olundu

Rusiya Ədliyyə Nazirliyi teleaparıcı və yumorist Maksim Qalkini xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edib. Bu barədə idarənin saytında məlumat verilib. Nazirliyin məlumatına görə, Qalkin Ukraynadan maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olur. Sənətçi hazırda xaricdə yaşayır. Mənbə: lenta.ru Xeberal.az

Dünya

ABŞ rəsmisi: “İranla nüvə razılaşması üzrə danışıqlar dalana dirənib”

İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib. Bu fikri cümə günü ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman deyib. “Biz çıxılmaz vəziyyətdəyik. Danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu bizim üçün qəbuledilməzdir”, – Amerikanın xarici siyasət idarəsi rəhbərinin müavini “The Washington Post”a onlayn müsahibəsində bildirib. Eyni zamanda, Şerman ABŞ-ın təslim olmaq […]

İdman

Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəldi – FOTO

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib. “Report”un məlumatına görə, çoxnövçülükdə mübarizə aparan Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv beş halqa ilə hərəkətlərdə 30.000 xal, üç lent və iki topla kompozisiyada isə 29.250 xal toplayıb. İki hərəkətin cəmində hakimlərdən […]

Dünya

Britaniya kralı tarixdə ilk dəfə Uels dilində çıxış etdi

Böyük Britaniya kralı III Çarlz cümə günü Uels parlamentində (Senedd) yerli dildə çıxış edib. Bu, Britaniya monarxiyası üçün görünməmiş bir hadisə olub. “Mən bilirəm ki, Senedd və Uels xalqı mənim kədərimi bölüşür. Uels həmişə anamın qəlbində xüsusi yer tutub”, – deyə əlahəzrət bildirib. Kral uzun illər Uels şahzadəsi olduğunu xatırladıb və hazırda oğlunun bu titulu […]