İdman

İkardi İstanbuldakı ilk oyununda “Qarabağ”ın keçmiş qapıçısı ilə dalaşdı – VİDEO

Sharing is caring!

Türkiyə Superliqasının növbəti turundakı “Qalatasaray” – “Konyaspor” matçı gərgin mübarizə ilə yanaşı maraqlı anlarla da yadda qalıb.

Çempionat başladıqdan bəri 6 turdur ki, top buraxmayan qonaq komanda matçın ilk dəqiqəsindəcə qapısında qol görüb.

Oyunun gedişində konyalılar hesabı bərarəbləşdirməyə nail olsalar da, onların planlarını “cim-bom”un bu mövsümdəki ən səs-küylü transferi İkardı pozub.

Argentinalı futbolçu Superliqadakı ilk oyununda fərqlənməyi bacarsa da, top avtoqol olaraq onun deyil, qonaq komandanın oyunçusunun hesabına yazılıb – 2:1.

Bu azmış kimi, İkardı oyunun son dəqiqələrində rəqib qapıçı İbrahim Şehiçlə dalaşıb. Vaxtilə “Qarabağ”ın formasını geyən qapıçı qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.”Konyaspor”da əvəzetmə limiti dolduğu üçün görüşün qalan vaxtı ərzində qapını meydandakı oyunçulardan biri qoruyub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir