Dünya

İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı: Ölənlər var – FOTO/VİDEO

İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşüb. Bu barədə xilasetmə xidməti məlumat yayıb. Bildirilir ki, iki-üç saat ərzində təxminən 420 mm yağıntı düşüb ki, bu da bölgədə bir illlik normanın yarısı qədərdir. Məlumata görə, infrastruktura ziyan dəyib, torpaq sürüşmələri olub, bəzi yollar bağlanıb. Bəzi şəhərlərdə küçələri tamamilə su […]

Siyasət

Vladimir Putin: “Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir”

“Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq”. AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Rusiya Prezidenti, həmçinin qeyd edib: “İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək […]

İqtisadiyyat

Pakistanın dövlət neft naziri Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il sentyabrın 16-da Pakistan İslam Respublikasının Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb. SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən verilən məlumata görə, görüşün əvvəlində Musadik Məsud Malik Pakistan dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib, Ermənistan silahlı qüvvələrinin […]

Cəmiyyət

Şəhid Səbuhi Əhmədovun qardaşı onunla olan xatirələrindən DANIŞDI: “Uşaq evindən çıxdıqdan sonra…” – VİDEO

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşı ilə bağlı xatirələrini bölüşüb. İTV-yə danışan Sənan Əhmədov, qardaşı ilə iki yaşından bəri uşaq evində böyüdüklərini bildirib. “Səbuhi uşaq evindən çıxdıqdan sonra əsgərliyini çəkdi. Daha sonra elə hərbi qaldı. Beş ildir hərbidə olub, ancaq postlarda olurdu. 44 günlük Vətən müharibəsinə kimi çavuş rütbəsində olub. Müharibəyə getməzdən əvvəl gizir rütbəsi […]

Siyasət

İlham Əliyev: “Biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin görüşü zamanı söyləyib. Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirən […]

Cəmiyyət

Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycan mədəniyyətinə itki üz verib. Oxu.Az xəbər verir ki, Xalq artisti Vaqif Abutalıbov 73 yaşında vəfat edib. Vaqif Abutalıbov 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayan yaradıcılıq yolu daha sonra “Qaya” vokal-instrumental ansamblı ilə davam edib. Onun fəaliyyətinin ən parlaq dövrü Rəşid Behbudovun rəhbərlik etdiyi ansamblla bağlıdır. Dünyanın […]

Dünya

Fransada çox sayda uçuşlar ləğv edilib – FOTO

Fransada Hava Hərəkəti İdarəçiləri Milli Assosiasiyasının (SNCTA) çağırışı ilə aviadispetçerlər tətilə başlayıblar. Hava nəqliyyatı dispetçerləri yaxın illərdə təqaüdə çıxacaq işçilərin yerinə yeni kadrların cəlb edilməsi üçün sürətli addımların atılmasını və inflyasiyaya qarşı əmək haqlarının artırılmasını tələb edirlər. Tətillə əlaqədar müxtəlif hava yolları şirkətləri Fransaya bir çox gediş-dönüş reyslərini ləğv edib. Mənbə: Anadolu Xeberal.az

Cəmiyyət

Şəhid gizir Seyfəddin Muradov Ağstafada torpağa tapşırılıb – FOTO

Şəhid gizir Seyfəddin Mahmud oğlu Muradov Ağstafa rayon Böyük Kəsik kənd qəbiristanlığında dəfn olunub. “Report”un məlumatına görə, izdiham yaşanan dəfn mərasimində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyi və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd olunub. Şəhidlik zirvəsinə ucalan gizirin şərəfli döyüş yolundan, Vətənə olan sonsuz məhəbbətindən bəhs olunub. Vətən oğlunun məzarı […]