Dünya

Britaniyanın yeni baş naziri ilk rəsmi çıxışını etdi

Böyük Britaniyanın yeni baş naziri Liz Trass iqamətgahı qarşısında ilk rəsmi çıxışını edib. O, çərşənbə axşamı Dauninq-stritdəki nitqində artıq bu həftə artan elektrik tarifləri ilə mübarizə aparmaq üçün tədbirlər planı dərc edəcəyinə söz verib. Trass həmçinin vergiləri azaltmaqla, investisiya cəlb etməklə, ölkənin infrastrukturunu inkişaf etdirməklə və lazımi islahatları həyata keçirməklə Britaniya iqtisadiyyatını gücləndirəcəyini vəd edib. […]

Cəmiyyət

Oleq Bakinski kriminal avtoritet kimi tanınmasından danışdı: “Bir nəfər sübut etsin ki…” – VİDEO

“Bizə verilən idman formasında məşq də edirdik, dərsə də gedirdik. İnsan geyimini özünə ayıb bilməməlidir”. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qonağı Əməkdar idman xadimi, iş adamı Oleq Krapivin uşaqlığında yaşadığı çətinliklərdən danışarkən deyib. “Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 98-ci olan O.Krapivin kriminal avtoritet kimi tanınmasından da bəhs edib. […]

İdman

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini AÇIQLADI

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurmasının səbəbini açıqlayıb. “Report”un məlumatına görə, 19 yaşlı idmançı “Sport-Express” nəşrinə müsahibəsində bunu ağır zədə alması ilə əlaqələndirib. O bildirib ki, səhhəti artıq bu idman növü ilə məşğul olmağa imkan vermir. Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə […]

Cəmiyyət

Bakı-Sumqayıt qatarının gecikməsinin səbəbi məlum oldu

Bakı-Sumqayıt qatarının qrafikində gecikmə yaranıb. “APA-Economics” xəbər verir ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən sürət qatarı, qrafikə əsasən Bakıdan 19:50-də hərəkət etməli olduğu halda 19:57-də çıxıb. Qatar mənzil başına 8 dəqiqə gecikmə ilə çatıb. Məlumata görə, gün ərzində dəmir yolu xətlərindəki siqnallarda nasazlıq yaranıb və bu da gecikməyə səbəb olub. Xeberal.az

Dünya

İzmirdə Tarkanın pulsuz konsertinə 500 dollar ödəyəcəklər

Türkiyədə meqastar Tarkan İzmirin işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə pulsuz konsert verəcək. İzmirin Gündoğdu meydanında sentyabrın 9-da baş tutacaq konserti ətrafdakı binaların eyvanlarından izləmək istəyənlər bir gecəlik evlər kirayələyirlər. Ev alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, eyvanlı evlər bir gecəlik 100 dollardan 500 dollara qədər kirayə götürülür. Hətta balıqçı qayıqları da konserti izləmək istəyənlərə kirayə verilir. […]

Dünya

BAEA Zaporojye AES-ə səfərinin nəticələrinə dair hesabat dərc edib

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Zaporojye AES-ə səfərinin nəticələrinə dair hesabat dərc edib. Sənədə əsasən, BAEA Zaporojye AES-in və ona bitişik ərazinin atəşə tutulmasını dərhal dayandırmağı tövsiyə edib. Hesbatda təşkilat AES ətrafında dərhal təhlükəsizlik zonası yaratmağa çağırıb. Bu məqsədlə qurum dərhal məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib. BAEA ekspertlərinin fikrincə, Zaporojya atom elektrik stansiyası ətrafında təhlükəsizlik […]

Cəmiyyət

“Belə tezliklə uğur qazanacağı ağlıma gəlməzdi” – ABŞ-da mükafat alan filmin aktyoru ilə MÜSAHİBƏ + FOTO

“Maddi dəstəksiz çəkilən filmin dünya arenasına yol alması böyük uğurdur. Təəssüf ki, daha çox yüngül filmlərə pul ayrılır”. Bunu Oxu.Az-a ABŞ-da 19-cu “Accolade Qlobal Film” yarışında “Ən yaxşı bədii film” kateqoriyası üzrə “Accolade heykəlciyi” adlandırılan qızıl mükafata layiq görülən “Xatirə və Xəta” filmində rol almış aktyor Əjdər Zeynalov deyib. Müsahibəni təqdim edirik: – Əjdər müəllim, əsas […]

Cəmiyyət

“TurAz Qartalı – 2022” təlimindən görüntülər yayımlandı – FOTO

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti […]

Cəmiyyət

Metronun “Nizami” stansiyasında sərnişinlər qatardan niyə düşürdülüb? – AÇIQLAMA

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbilə “Nizami” stansiyasında sərnişinləri düşürüb”. Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenindən bildirilib.  Qeyd edilib ki, texniki baxış üçün qatar depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib. Yubanma intervaldan əlavə 2 dəqiqə olub.  Xeberal.az