İdman

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini AÇIQLADI

Sharing is caring!

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurmasının səbəbini açıqlayıb.

“Report”un məlumatına görə, 19 yaşlı idmançı “Sport-Express” nəşrinə müsahibəsində bunu ağır zədə alması ilə əlaqələndirib.

O bildirib ki, səhhəti artıq bu idman növü ilə məşğul olmağa imkan vermir.

Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Ryabova 3 il öncə beynəlxalq “Ice Star” turnirinin bürünc mükafatçısı olub.

Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir