Dünya

Çəkiliş zamanı arı müxbirə hücum etdi – VİDEO

ABŞ-ın TMJ4 telekanalının müxbiri Roxas Kastilio süjet çəkilişi zamanı arının hücumuna məruz qalıb. Arı sancmasından ehtiyat edib qaçmağa başlayan müxbirə görə çəkiliş yarımçıq qalıb. Videonu jurnalist öz “Twitter” səhifəsində yerləşdirib. Görüntülərə şərh yazanların əksəriyyəti oxşar vəziyyətdə Kastilio kimi davrandıqlarını və arı ilə əlaqədar başlarına gəlmiş maraqlı hadisələri qeyd ediblər. Xeberal.az

Dünya

Britaniyada yeni hökumətin tərkibi açıqlandı

Böyük Britaniyada Liz Trassın rəhbərlik etdiyi yeni hökumətin tərkibi açıqlanıb. Keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və sosial məsələlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini olub. Koffi bu vəzifədə Stiv Barklini əvəz edib. Xarici işlər nazirinin müavini Ceyms Kleverli nazirliyə rəhbər gətirilib. O, XİN başçısı postunda yeni baş nazir Lİz […]

Siyasət

“Haber Global”: “Müdafiə sənayesinin nəbzi Bakıda vurur” – VİDEO

Türkiyənin nüfuzlu “Haber Global” telekanalı Bakıda keçirilən “ADEX – 2022” IV Beynəlxalq Müdafiə Sərgisi barədə süjet hazırlayıb. Videomaterialda bildirilir ki, tədbir zamanı yerli və Türkiyə istehsalı məhsullar daha böyük marağa səbəb olub. Süjetdə sərgi Azərbaycan Prezidenti İlham Əliyevin ziyarət etməsi xüsusi olaraq vurğulanır. Qeyd olunur ki, tədbirdə Türkiyəni 42 şirkət təmsil edir. Daha ətraflı “Haber […]

Siyasət

İordaniya şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq istəyir – FOTO

İordaniyanın “Jadara Equipment & Defense Systems” şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq niyyətindədir. Trend-in məlumatına görə, bunu şirkətin meneceri Valid Rabab deyib. Onun sözlərinə görə, birgə müəssisənin İordaniyada yaradılması nəzərdə tutulur, istehsal prosesinin başlayacağı tarix hələlik məlum deyil. O, həmçinin qeyd edib ki, şirkət hazırda tank əleyhinə silahların nümunələrini istehsal edir. Xeberal.az

Dünya

Fransada enerjiyə qənaət: Qatar səfərləri azaldılır

Fransada hökumət enerji çatışmazlığı səbəbindən qatarların hərəkətini ciddi şəkildə azaltmaq ssenariləri üzərində işləyir. Hökumət rəsmiləri ölkənin rəsmi dəmiryolu şirkəti SNCF-ə elektrik enerjisinin verilişində ciddi fasilə yaranacağı təqdirdə qatarların sayını azaltmaq imkanlarını hərtərəfli nəzərdən keçirməyi tapşırıblar. Yeni təyin olunmuş nəqliyyat naziri Klement Bon dəmiryolu, hava, avtomobil və dəniz nəqliyyatı ilə məşğul olan şirkətlərə qış dövrü üçün qənaət […]

İdman

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib. “Report”un məlumatına görə, rəqib Bosniya və Herseqovina yığması olub. “Dalğa Arena”da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib. Bu […]

Cəmiyyət

Kəlbəcərdə ehtiyatsızlıq ölümlə nəticələndi: Göyçay sakini yol çəkilişi zamanı həlak oldu

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib. APA-nın xəbərinə görə, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib. Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə […]

Cəmiyyət

“MTN işi”ndə İDDİA: “Cinayətkar dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy […]

Cəmiyyət

Nazirdən ABŞ-a silah satmağımızla bağlı AÇIQLAMA: “Azərbaycanın məhsullarına böyük tələbat var” – VİDEO

“Azərbaycanın istehsal etdiyi silahlar, hərbi texnikalar 44 günlük Vətən müharibəsi zamanı sınaqdan uğurla keçdi”. Bunu müdafiə sənayesi naziri Mədət Quliyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib. Nazir qeyd edib ki, hazırda ölkəmiz hərbi-sənaye sahəsində 50-dən çox tanınmış firma ilə əməkdaşlıq edir. Mədət Quliyevin sözlərinə görə, Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanın istehsal etdiyi silahlara böyük tələbat yaranıb. “Biz […]

Cəmiyyət

Məşhur müğənnini niyə dilini kəsməklə hədələdilər?

Mərhum müğənni, Xalq artisti Məmmədbağır Bağırzadənin Bakı kəndlərinin birində başına gəlmiş maraqlı hadisə uzun zaman sonra yenidən diqqət mərkəzinə gəlib. Lent.az sözügedən əhvalatı dərc edib. Belə ki, Məmmədbağır Bağırzadə Bakı kəndlərində toylara ən çox dəvət alan müğənnilərdən idi. Bir gün müğənni Maştağada toy aparırmış. O vaxtkı ənənələrə görə, kimsə gəlib müğənniyə şabaş verəndə, müğənni onun şərəfinə […]