Dünya

Hulusi Akar: “Ukrayna limanlarından 2,5 milyon tona yaxın taxıl çıxıb”

Türkiyənin müdafiə naziri Hulusi Akar Ukrayna limanlarında taxıl daşınması üçün İstanbulda qurulan Müştərək Koordinasiya Mərkəzinin fəaliyyətinin davam etdiyini bildirib. Nazirin sözlərinə görə, indiyə qədər Ukraynadan təxminən 100 gəmi və 2,5 milyon tona yaxın taxıl çıxarılıb. Akar Ukrayna və Rusiyanın Türkiyənin Qara dənizdəki iki qonşusu olduğuna diqqət çəkib. O, Krımın da daxil olduğu Ukraynanın suverenliyini və […]

Dünya

Malayziyada ölüm və şallaq cəzaları ləğv edilir

Cənub-Şərqi Asiya ölkəsi olan Malayziyada 2023-cü ildə ölüm və şallaq cəzaları ləğv ediləcək. Bu barədə baş nazirlik yanında faktiki ədliyyə naziri Van Junadi Tuanku Jaafar açıqlama verib. Nazir müvafiq qanunların oktyabr ayında Parlamentə göndəriləcəyini və Malayziyanın 2023-cü ildə ölüm və qamçı cəzalarını ləğv edəcəyini bildirib. Van Junadi ölüm və şallaq cəzaları ilə bağlı qərarın hakimlərin […]

Dünya

Çində baş verən son zəlzələdə pandaların qaçma anı görüntüləndi – VİDEO

Çinin Sıçuan əyalətində baş verən 6,8 bal gücündə zəlzələdə Volonq Milli Təbiət Qoruğundakı ana panda və balaları qorxuya düşüblər. Zəlzələni hiss edən pandalar açıq əraziyə qaçıblar. Pandaların təlaş içində qaçmalarının videogörüntüləri yayılıb. Görüntülər sosial mediada gündəm olub. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Bu il dövlət qurumlarına məxsus neçə avtomobil satılıb?

Cari ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, səkkiz ay ərzində nəqliyyat vasitələri […]

Cəmiyyət

Alıcılar narazılıq edir: Ağartı məhsullarının qiyməti artıb – VİDEO

Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Xezerxeber.az-ın məlumatına görə, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir. Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib. Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir. Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxlanılıb. Bildirilib […]

Cəmiyyət

“Zalımoğlu” kimi tanındı, içki şüşələri arasında can verdi: Ələsgər İbrahimovun həyat hekayəsi – FOTO

Azərbaycan kinosunun ən yaraşıqlı aktyoru Ələsgər İbrahimovun qısa və acılı ömür hekayəsindən danışacağıq. Lent.az Azərbaycan kinosunda “Bizi dağlarda axtarın”, “Dvorjakın melodiyası”, “Ömrün ilk saatı”, “Qaraca qız”, “Torpaq, Dəniz, Od, Səma”, “Yeddi oğul istərəm”, “İnsan məskən salır” kimi filmlərdə unudulmaz obrazlarla yadda qalmış Əlsəgər İbrahimov haqqında araşdırma edib. Sözügedən məqaləni təqdim edirik: Bir zamanlar qızlar uzaqdan ona […]

Dünya

Meksikada leysan yağışları: Ölənlər var

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında güclü yağışlar nəticəsində 4 nəfər həlak olub, daha iki nəfər itkin düşüb. Ölkədə son üç gündə əlverişsiz hava şəraitinin qurbanlarının ümumi sayı 8 nəfərə çatıb. İlkin hesablamalara görə, ştatın bir neçə yüz sakini evləri su altında qaldığı üçün əmlakını tamamilə və ya qismən itirib. Fırtına ən böyük maddi ziyanı Kadereyta bələdiyyəsinə […]

Dünya

Hindistanda ata və ana oğlanla danışan qızlarını kanalda boğaraq qətlə yetiriblər

Hindistanda 40 yaşlı Bablu Kaşyap və onun 38 yaşlı həyat yoldaşı Rubi Kaşyap qızlarının 12 yaşlı oğlanla sevgili olduğundan hiddətlənərək onu kanalda boğaraq qətlə yetiriblər. Törətdikləri cinayətdən yaxa qurtarmaq qərarına gələn cütlük hüquq-mühafizə orqanlarına şikayət edib və qızlarının itkin düşdüyünü bildirib. Qızın valideynlərini dindirən polis onların ifadələrinin üst-üstə düşmədiyini görüb. Daha sonra hüquq-mühafizə orqanları itkin düşən qızın […]

Dünya

12 turistdən sağ qalan üç nəfər dağdakı faciədən danışdı: Daş uçqunu oldu və… – FOTO/VİDEO

Kamçatkadakı (Rusiya) Klyuçevski vulkanından üç nəfər – iki turist və bələdçi təxliyə olunub. Onların olduğu qrupdan doqquz nəfər isə həyatını itirib. Sağ qalanlar 3300 metr hündürlükdəki vulkanoloqların evində olublar. Zərərçəkənlər 4000 metr yüksəklikdə baş verənlərdən danışıblar. Məlum olub ki, dırmanma zamanı iştirakçılardan Anastasiya Usaçova və Roman Averin xəstələniblər. Buna görə də bələdçi İvan Alabugin onları aşağı aparmaq […]

İdman

Mahir Zaqrebdəki sürprizi kənardan izlədi, “Borussiya” “Kopenhagen”ə şans vermədi – VİDEO

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək. E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb. Qitənin ən nüfuzlu klub turnirində yeni mövsümün ilk qolunu da meydan sahibləri vurublar. […]