Dünya

İzmirdə Tarkanın pulsuz konsertinə 500 dollar ödəyəcəklər

Sharing is caring!

Türkiyədə meqastar Tarkan İzmirin işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə pulsuz konsert verəcək.

İzmirin Gündoğdu meydanında sentyabrın 9-da baş tutacaq konserti ətrafdakı binaların eyvanlarından izləmək istəyənlər bir gecəlik evlər kirayələyirlər.

Ev alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, eyvanlı evlər bir gecəlik 100 dollardan 500 dollara qədər kirayə götürülür. Hətta balıqçı qayıqları da konserti izləmək istəyənlərə kirayə verilir.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir