Dünya

Semyon Peqov Moskvada saxlanılıb

Rusiyalı hərbi jurnalist, “WarGonzo” “Telegram” kanalının müəllifi Semyon Peqov Moskvada polis əməkdaşları tərəfindən saxlanılıb. Erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “WarGonzo” layihəsi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub. Kanalın müəllifi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Rusiya KİV xəbər verir ki, Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru […]

Dünya

Aİ Ukraynaya beş milyard avro ayıracaq

Macarıstan istisna olmaqla, Avropa İttifaqının bütün üzv dövlətləri Ukraynaya uzunmüddətli kreditlər şəklində daha 5 milyard avroluq makromaliyyə yardımı ayırmağa razılaşıblar. Məlumata görə, Macarıstan hökumətinin müqavimətinə baxmayaraq, Avropa Komissiyası gələn həftə bu məsələ ilə bağlı rəsmi təkliflə çıxış edəcək. Aİ-nin iqtisadiyyat nazirlərinin gələn həftənin sonunda maliyyə tranşını dəstəkləyən siyasi bəyannamə imzalayacağı gözlənilir. Paket Aİ Şurasının sentyabrın […]

Cəmiyyət

Bakıda səkkiz yaşlı uşağı avtomobil vurdu

Bakıda səkkiz yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2014-cü il təvəllüdlü İsazadə Əyyub Şamo oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Braziliyalı balıqçı 11 gün Atlantik okeanında soyuducu ilə üzüb

Braziliyada 44 yaşlı Romualdo Rodriges Amapa əyalətindən Fransız Qvianası sahillərindəki adaya balıq tutmağa gedib. Yolda onun taxta qayığı batıb və kişi özünü xilas etmək üçün balıq soyuducusuna dırmanıb. Soyuducunun üzərində o Atlantik Okeanında 11 gün qalıb. Ac və susuz balıqçını yoldan keçən bir gəmi aşkar edib. Balıqçının olduğu soyuducu qayığın qəzaya uğradığı yerdən 450 kilometr […]

Dünya

ABŞ Ukraynaya əlavə 12 milyard dollar yardım ayıra bilər

ABŞ prezidenti Co Bayden tezliklə Konqresdən Ukraynaya daha 11,7 milyard dollar ayırmağı xahiş edəcək. Vəsait Ukraynaya dəstək məqsədilə hərbi və maliyyə yardımı üçün istifadə olunacaq. Bundan əlavə, fövqəladə maliyyələşdirmə sorğusuna ABŞ-ın enerji təchizatına təsir edən Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrini aradan qaldırmaq üçün 2 milyard dollar da daxil ediləcək. Həmçinin, payızda baş verə biləcək artışdan əvvəl […]

Dünya

Məşhur brend məişət tullantılarından hazırlanan smartfon təqdim etdi

“Nokia” markasının tarixində ən “yaşıl” cihaz adlandırılan X30 5G smartfonları təqdim olunub. Cihazın alüminium çərçivəsi 100% təkrar emal olunmuş metaldan, arxa qapağı isə 65% təkrar emal olunmuş plastikdəndir. X30 5G-nin daxil olduğu qutu isə 70% təkrar emal edilmiş kağızdan hazırlanıb. Yeni “Nokia” 6,43 düymlük OLED ekrana, “Qualcomm Snapdragon 695” prosessoruna və 6/128 və ya 8/256 […]

İdman

Süni intellekt futbol oynamağı öyrəndi

Tədqiqatçılar süni intellekt sistemləri arasında koordinasiyanı yaxşılaşdırmaq və insana bənzər “ümumi təyinatlı süni intellekt” yaratmaq üçün yeni yollar kəşf etmək məqsədi daşıyan eksperiment keçiriblər. Sınaqların bir hissəsi olaraq alimlər süni intellektə futbol oynamağı öyrədiblər. Virtual futbolçular çevik hərəkət, ötürmə və əmək bölgüsü kimi bacarıqlar əldə ediblər. Oyunçular top uğrunda mübarizə aparmağı, komanda yoldaşına ötürmələr verməyi, […]

Dünya

Uşaqlıqda ayrılan qardaşlar 77 ildən sonra bir-birlərini tapdılar

Avstraliyalı 79 yaşlı Ceff və onun qardaşı, Böyük Britaniyadan olan 83 yaşlı Ted Nobbs 77 illik ayrılıqdan sonra görüşəcəklər. Ted, Barri və Con Nobbs İkinci Dünya Müharibəsi zamanı kiçik qardaşları Ceffdən uşaq ikən ayrılıblar. 1945-ci ildə onların anaları xərçəngdən ölüb, oğlanlar atalarının yanında qalıblar. Kişi uşaqlara lazımi qaydada baxa bilmədiyi üçün iki yaşlı Ceffi övladlığa […]

Dünya

ABŞ-da Çinin Tayvana hücum edəcəyi təqdirdə vuracağı hədəflərin sayı açıqlandı

Çin Xalq Azadlıq Ordusu Tayvanın 3500-ə yaxın hərbi və mülki infrastrukturunu vura bilər. Bununla da adanın uğurla ələ keçirilməsinə nail ola bilər.   Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Merkatus Mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Araşdırmanın nəticələri “Newsweek” nəşrində dərc edilib. Qeyd olunub ki, 183 hədəf birbaşa hərbi obyektlərə daxildir; daha 341 hədəf nəqliyyat infrastrukturu ilə bağlıdır; […]

Dünya

Qazaxıstan paytaxtının adı dəyişdirilə bilər

Qazaxıstan parlamentinin aşağı palatasının “Jana Qazaxıstan” (“Yeni Qazaxıstan”) deputat qrupu respublikanın paytaxtına Astana adının qaytarılmasını təklif edib. Bu barədə qrupun cümə günü yaydığı bəyanatda deyilir. Bildirilir ki, Astananın adı dəyişdirilərək Nur Sultan olduqdan sonra xalq paytaxtın yeni adını qəbul etməyib. Ona görə də şəhərə keçmiş adının qaytarılması tarixən ədalətli addım olacaq. Parlamentarilərin fikrincə, bu qərarda […]