Dünya

G7 ölkələri Rusiya neftinin qiymət limitini razılaşdırıb

G7 ölkələrinin maliyyə nazirləri sentyabrın 2-də Rusiya neftinin qiymətinə məhdudiyyətlərin qoyulmasını dəstəkləyiblər. Məlumata görə, onlar virtual görüş zamanı Rusiya neftinin qiymət tavanı ilə bağlı razılığa gəliblər. Həmçinin, bu ölkədən neft və neft məhsullarının ixracına da məhdudiyyətlər tətbiq olunacaq. G7 ölkələri tərəfindən təsdiqlənən qiymət limiti Aİ embarqosunun şərtlərinə uyğun fəaliyyət göstərəcək. Belə ki, dekabrın 5-dən neftin […]

İdman

Mahir Emreli “Dinamo”nun heyətində növbəti qələbəyə sevinib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib. “Report”un məlumatına görə, son Xorvatiya çempionu VIII turun açılış oyununda “Riyeka”ya evdə qalib gəlib – 3:1. Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb. Qeyd edək ki, bu nəticədən sonra “Dinamo” 22 xalla liderliyini möhkəmləndirib. Xeberal.az

Dünya

40 yaşlı qadın 17-ci dəfə ana olacaq – FOTO

ABŞ-ın Şimali Karolina ştatından olan 40 yaşlı Petti Hernandez 17-ci dəfə hamilə qalıb. Qadın 20 uşaq sahibi olmaq arzusundadır. O, 14 ildir ki, uşaq dünyaya gətirir. Hazırda Hernandes və onun 39 yaşlı əri Karlosun 16 övladı var: altı oğlan və on qız. Həyat yoldaşları hər bir uşaq üçün ailə başçısının şərəfinə “K” hərfi ilə başlayan […]

Dünya

Smartfonlar birbaşa peyklərə qoşulacaq

“SpaceX” peyk rabitəsinin smartfonlara daşınması üzərində işləyən yeganə şirkət deyil. Belə ki, “Google” da texnologiya ilə bağlı müəyyən planlara malikdir. Üstəlik, internet nəhəgi bu sahədəki naliyyyətlərini tezliklə – Androidin növbəti yenilənməsində təqdim etmək niyyətindədir. İşlər plana uyğun getsə, Android 14 peyk rabitə sisteminə çıxış imkanı ilə öyünə biləcək. Təəssüf ki, şirkət hələlik yeni funksiya ilə […]

Dünya

Britaniyada yeni baş nazir seçkilərində səsvermə başa çatıb

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin baş nazirinin seçilməsi ilə bağlı səsvermə cümə günü axşam başa çatıb. 160 mindən 200 minədək olduğu təxmin edilən partiya üzvləri ənənəvi olaraq ya poçtla, ya da onlayn olaraq səs veriblər. Həftə sonu səslər hesablanacaq. Partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq. […]

Dünya

20 uşağa cinsi təcavüz edən dayəyə 20 illik həbs cəzası verildi

Yaponiyada 31 yaşlı Haşimoto Akinori 20 oğlan uşağını cinsi istismar etməkdə günahkar bilinib. İş materiallarına görə, həmin şəxs dayə işləyərkən uşaqlara təcavüz edib və nəticədə cinayətin 56 epizodu qeydə alınıb. Akinori oğlanların bədəninin intim hissələrinə toxunaraq baş verənləri mobil telefonla lentə alıb. Qurbanların yaşı 5 ilə 11 arasında dəyişib. Kişi zorlama və uşaq pornoqrafiyası haqqında […]

Dünya

İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su  aparatını ələ keçirib. İki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb. Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub. Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün […]

Dünya

Türkiyədə intihardan xilas edilən şəxs xilaskarı tərəfindən döyüldü – VİDEO

Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda naməlum bir şəxs özünü asaraq intihar etmək istəyib. Özünü kəndirlə yük maşınının güzgüsünə bağlayan şəxsi başqa bir şəxs xilas edib. Lakin sonra xilas etdiyi adamı təpik və yumruqla döyməyə başlayıb. Həmin anlar ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Sakinlər polisə xəbər verib. Lakin hər iki şəxs bir müddət sonra heç […]