Dünya

Britaniyada yeni baş nazir seçkilərində səsvermə başa çatıb

Sharing is caring!

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin baş nazirinin seçilməsi ilə bağlı səsvermə cümə günü axşam başa çatıb.

160 mindən 200 minədək olduğu təxmin edilən partiya üzvləri ənənəvi olaraq ya poçtla, ya da onlayn olaraq səs veriblər.

Həftə sonu səslər hesablanacaq. Partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss və keçmiş maliyyə naziri Rişi Sunak bu vəzifələrə namizəddirlər. İctimai rəy sorğularına əsasən, Truss rəqibini təxminən 30 faiz qabaqlayır. və yarışın aşkar favoriti hesab olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir