İdman

Qurban Qurbanov: “Linkoln”u tam yaxından tanıya bilmədik”

Sharing is caring!


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubuna qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis klubun Mətbuat Xidmətinə açıqlamasında səliqəli oynamağa çalışacaqlarını söyləyib:

“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdü. “Linkoln”u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Onların qolvurma və oyunu idarəetmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram”.

Qeyd edək ki, sabah Cəbəllüttariqin “Viktoriya” stadionunda keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir