Cəmiyyət

Epidemioloq: “Qızılca ilə bağlı vəziyyət epidemik səddən artıqdır”

Sharing is caring!


“Qızılca xəstəliyi ilə əlaqədar hazırkı vəziyyət epidemik səddən artıqdır”.

Bunu “Report”a açıqlamasında epidemioloq Nigar Mütəllibova deyib.

O bildirib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır, peyvəndləmə işləri davam etdirilir:

“Hazırkı vəziyyət epidemik səddən artıqdır, lakin bir az stabilləşməni də müşahidə edirik. Peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunma tendensiyasını müşahidə edirik. Prosesdən kənarda qalmış uşaqlar peyvənd üçün mütləq gətirilməlidir. Əvvəl peyvənd olunmuş, lakin yenidən peyvəndə ehtiyac olan uşaqlar da bu prosesdən kənarda qalmamalıdırlar. Qarşıdan Yeni il bayramı, şənliklər gəlir. Valideynləri uşaqların sıx toplaşdığı yerlərdən kənar durmağa çağırırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir