Dünya

G7 ölkələri Rusiya neftinin qiymət limitini razılaşdırıb

Sharing is caring!

G7 ölkələrinin maliyyə nazirləri sentyabrın 2-də Rusiya neftinin qiymətinə məhdudiyyətlərin qoyulmasını dəstəkləyiblər.

Məlumata görə, onlar virtual görüş zamanı Rusiya neftinin qiymət tavanı ilə bağlı razılığa gəliblər.

Həmçinin, bu ölkədən neft və neft məhsullarının ixracına da məhdudiyyətlər tətbiq olunacaq.

G7 ölkələri tərəfindən təsdiqlənən qiymət limiti Aİ embarqosunun şərtlərinə uyğun fəaliyyət göstərəcək. Belə ki, dekabrın 5-dən neftin qiymətinə, gələn il fevralın 5-dən isə Rusiya neft məhsullarına məhdudiyyətin tətbiqi planlaşdırılır.

Qiymət həddi Avropa Komissiyası tərəfindən dəstəklənsə də, bunun effektiv olması üçün Hindistan kimi böyük həcmdə Rusiya neftini alan üçüncü ölkələrin dəstəyinə ehtiyac var.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir