Cəmiyyət

Kürdəmir sakinlərinin avtomobilindən narkotik götürülüb – VİDEO

Sharing is caring!


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən tədbir nəticəsində marixuana və tiryək aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl RPŞ-nin əməkdaşlarının Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində keçirdikləri əməliyyat tədbiri ilə Kürdəmir rayon sakinləri, əvvəllər məhkum edilmişlər – Səbuhi Şəmiyev və Ramil Məmmədovun idarələrində olan avtomobil saxlanılıb.

Onlar narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiklərindən avtomobillə birlikdə şöbəyə gətiriliblər. Avtomobildə aparılan müvafiq axtarış zamanı onlara məxsus 5 kiloqram 120 qram marixuana və 3 kiloqram 125 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir