İdman

Mahir Emreli “Dinamo”nun heyətində növbəti qələbəyə sevinib

Sharing is caring!

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib.

“Report”un məlumatına görə, son Xorvatiya çempionu VIII turun açılış oyununda “Riyeka”ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra “Dinamo” 22 xalla liderliyini möhkəmləndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir