Dünya

Məşhur brend məişət tullantılarından hazırlanan smartfon təqdim etdi

Sharing is caring!

“Nokia” markasının tarixində ən “yaşıl” cihaz adlandırılan X30 5G smartfonları təqdim olunub.

Cihazın alüminium çərçivəsi 100% təkrar emal olunmuş metaldan, arxa qapağı isə 65% təkrar emal olunmuş plastikdəndir.

X30 5G-nin daxil olduğu qutu isə 70% təkrar emal edilmiş kağızdan hazırlanıb.

Yeni “Nokia” 6,43 düymlük OLED ekrana, “Qualcomm Snapdragon 695” prosessoruna və 6/128 və ya 8/256 GB yaddaşa malik adi Android smartfonudur. X30 5G həmçinin 50MP əsas kamera, 13MP geniş bucaqlı obyektiv və 16MP ön kameraya malikdir.

Yeni model Avropada 2022-ci ilin sentyabr ayının sonuna kimi 529 avroya (təxminən 900 azn) satışa çıxarılacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir