AKTUAL

Kəmaləddin Heydərov da “yola salınır” – Nazirlik özünü doğrultmadı

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsindən sonra Fövqəladə Hallar naziri medianın diqqətinə gəlib. Uzun müddət az qala barəsində neqativ materiallar dərc edilməyən Kəmaləddin Heydərov indi bunun əksilə üzləşib. Vaxtilə həm iqtisadi, həm də siyasi təsir imkanları güclü olan “fövqəlnazir” indi sanki “vurulmuş məmur” təsiri bağışlayır. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət nümayəndələrinin dilindən kardinal islahatlara gediləcəyi barədə […]

Cəmiyyət

FHN: “Zaqatalada yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir”

Zaqatala rayonunun Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Bundan başqa, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında da yanğının söndürülməsi istiqamətində işlər aparılır. Xatırladaq ki, […]

Siyasət

XİN: “Armen Qriqoryanın Xankəndinə qanunsuz səfəri Ermənistanın növbəti təxribatıdır”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2 sentyabr 2022-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl […]

Dünya

Bosfor gəmilərin hərəkətinə açıldı

Bosfor boğazında İstanbuldan Ukraynaya gedən yük gəmisində nasazlıq yaranıb. Nasazlıq səbəbindən gəmi Kandillidə lövbər salıb. Bu səbəbdən boğazda gəmilərin hərəkəti dayandırılıb. “Briza” adlı gəmidə yaranmış problem aradan qaldırıldıqdan sonra Bosfor boğazı gəmilərin hərəkətinə açılıb. Mənbə: TRTHaber Xeberal.az

Kriminal

Hərbi xidmətdə olarkən “avtoşluq” edən şəxs hakim qarşısına çıxır – FOTO/VİDEO

Hərbi xidmətdə olduğu vaxt, xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu ilə bağlı istintaq tamamlanıb. “Kriminalqafqaz” xəbər verir ki, Respublika Hərbi Prokurorluğunda aparılan istintaq materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub. M.Əzizov Cinayət Məcəlləsinin 333.2-ci (hərbi […]

Cəmiyyət

Bakıda reabilitasiya mərkəzində uşaqlara dəhşətli işgəncələr verilib – VİDEO

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib. “Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb. Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb: “Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti […]

İdman

Azərbaycanın yığması final mərhələsinin bir addımlığında

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək. Oxu.Az xəbər verir ki, D qrupunda yer alan yığma Sloveniyanı qəbul edəcək. Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksələcək. Bununla […]

Kriminal

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb – FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırmalarla A.Niftalıyev […]