Dünya

Daha iki britaniyalı siyasətçinin adı seks qalmaqalına qarışdı

Mühafizəkarlar Partiyasının iki keçmiş qadın əməkdaşı hökumət işçiləri tərəfindən təcavüzə məruz qaldıqları barədə ifadə verib. Onların ifadələri “Sky News” nəşrində dərc olunub. Əməkdaşlardan biri hazırkı nazirlərlərdən biri tərəfindən təcavüzə məruz qaldığını iddia edib. O bildirib ki, nazir ona sərxoş olmasına baxmayaraq, israrla şərab içirdib və ardınca təcavüz edib. Digər əməkdaş isə bildirib ki, baş nazirin […]

Dünya

BMT: Şimali Koreyada hüquq pozuntuları artıb

Şimali Koreyada əsas hüquq və azadlıqlara təzyiq artıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasına təqdim edilən hesabatda Şimali Koreyada insanlığa qarşı cinayətlərin artdığı və hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsində irəliləyiş olmadığı bildirilib. Şimali Koreyada hüquq pozuntularının BMT-nin rəhbərliyi altında Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) aparılacağı qeyd edilib. Ölkədə insan haqlarına edilən təzyiqlərin COVID-19-la birlikdə artdığına […]

İdman

Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Rumıniyanın Konstantsa şəhərində keçirilən U-20-lər arasında çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb. “Report”un məlumatına görə, Fərid Cabbarov (90 kq) dünya çempionu olub. Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb. Bu nəticə ilə Azərbaycan meydan sahibi […]

Cəmiyyət

“Zaqataladakı yanğın nəzarət altına alınıb” – Nazirlikdən AÇIQLAMA

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları […]

Cəmiyyət

“Wolt”: “Kuryerləri təzyiqə dərhal son qoymağa çağırırıq”

“Wolt” şirkəti iki gündür əməkdaşlarının tətil keçirməsi ilə bağlı məsələyə münasibət bildirib. Şirkətin açıqlamasında onların xidmət göstərmək istəməməsi ilə bağlı seçimlərinin hörmətlə qarşılandığı qeyd olunub: “Dünən və bu gün bir kuryer qrupu Bakıda tətil keçirir. Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik […]

Cəmiyyət

“Binə” bazarı qanunsuz fəaliyyətinə görə CƏRİMƏLƏNDİ

“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” MMC qanunsuz avtovağzal fəaliyyətinə görə cərimələnib. Bakıvaxtı.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi əsasında protokol tərtib olunaraq Qaradağ Rayon Məhkəməsinə göndərilib. Həmin maddəyə görə, pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə 1 500 manat məbləğində cərimə edilir. Xeberal.az

Cəmiyyət

Ölkədə yanğınların miqyası genişlənir – ƏHALİYƏ XƏBƏRDARLIQ + FOTO/VİDEO

Artıq bir neçə gündür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğınlar başlayıb. Bu gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Başdaşağıl kəndləri istiqamətində də yanğınlar başlayıb və söndürülməsi üçün üç helikopter cəlb edilib.  Ərazilər çətin relyefə malik olduğu üçün yanğınların qısa zamanda söndürülməsi mümkün olmur.  Zaqatala rayonunun Yuxarı Tala kəndində […]

Cəmiyyət

Tələbələrin NƏZƏRİNƏ: Köçürülmə üzrə nəticələr açıqlandı

Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrindən köçürülməsi prosesi başa çatıb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, portal vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 512 müraciət qeydə alınıb. Onlardan 528 nəfəri orta ixtisas […]

Müharibə

Mövqelərimiz Ermənistandan atəşə tutuldu, ordumuza məxsus iki təminat avtomobili zərər gördü – RƏSMİ + FOTO

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəticədə hər iki avtomobilin ön hissəsi […]