Dünya

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Üç min ton qarğıdalı ilə Ukraynadan İtaliyaya üzən “Lady Zehma” yük gəmisi cümə axşamı İstanbulun Bosfor boğazında saya oturub. Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb. Məlumata görə, insident gəmi İstanbulun Bebek səmti yaxınlığından keçərkən baş verib. Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə 4 yedək gəmisi göndərilib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Şəmkirdə avtomobil aşdı: Xəsarət alanlar var

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakinləri – 2006-cı il təvəllüdlü E.İsmaylov, 2005-ci il təvəllüdlü E.Vəliyev və 2005-ci il təvəllüdlü E. İsmayılov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az