Cəmiyyət

Bakıda moped sürücüsü və sərnişini saxlanıldı: Həbs olunan var – VİDEO

Bakıda yol polisinin qanuni tələblərinə əməl etməyən moped sürücüsü həbs olunub. Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini 18 yaşlı Zayıdov İnqilab Rövşən oğlu aprelin 29-u Bakının mərkəzi küçələrində yol polisinin qanuni tələblərinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsini dayandırmadan, Bakıxanov və Səməd Vurğun küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Mopedi dəbilqəsiz istifadə etdiyi üçün […]

Dünya

Kənd təsərrüfatı məhsulları daşıyan altı gəmi Ukrayna limanlarını tərk edib

Cümə günü Ukraynadan ərzaq daşıyan daha 6 gəmi ölkə sahillərindən çıxıb. Bunu Türkiyə Müdafiə Nazirliyi bildirib. “Sentyabrın 2-də Ukrayna limanlarını kənd təsərrüfatı məhsulları daşıyan daha 6 quru yük gəmisi tərk edib”, – nazirliyin “Twitter” səhifəsində yazılıb. Gəmilərin çıxışına öncədən İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən icazə verilib. Qeyd edək ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı humanitar […]

İdman

Məşhur ispan tennisçinin yarışda burnu sındı – VİDEO

Dünyanın tennis reytinqində ilk üçlükdə olan məşhur ispan tennisçi Rafael Nadal burnunu sındırıb. Hadisə “USA Open” (ABŞ Açıq çempionatı – red.) turnirində baş verib. İtaliyalı Fabio Fonini ilə görüşdə irəlidə olan Rafael Nadalın burnuna raketka dəyib. Meydana girən həkimlər onun burnunu sarıyıblar. Qeyd edək ki, qarşılaşma Nadalın 3:1 hesablı qələbəsi ilə bitib. Mənbə: Tennishead.net Xeberal.az

Cəmiyyət

Ukraynada daha bir azərbaycanlı həlak oldu – FOTO

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub. Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin “Report”a verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur. O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub. R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub. Konqres onların […]

Cəmiyyət

Dövlət Komitəsindən Laçın şəhəri, Zabux və Sus kəndi sakinlərinə ÇAĞIRIŞ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin – doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsilə sorğu aparır. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Laçın şəhəri, Zabux və Sus kəndlərinə daimi qeydiyyatı […]

Cəmiyyət

Lənkəran icra başçısı tikinti şirkətini himayə edir? – VİDEO

Son günlər sosial mediada Lənkəranda yerləşən çınqıl karxanasının qanunsuz fəaliyyəti barədə məlumatlar yayılıb. Sakinlər sözügedən vəziyyətdən narazıdırlar. Vətəndaşlar bildirib ki, karxana səkkiz ildir fəaliyyət göstərir və daş-çınqılın daşınması səbəbindən ətrafda iri yarğanlar yaranıb. Sözügedən yarğanlar ərazidə yerləşən evlər üçün ciddi təhlükə yaradır. Baku TV məsələ ilə bağlı iddia qaldırılan MMC ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün […]

İdman

FİFA Türkiyə Futbol Federasiyasına silahlı hücumu pisləyib

Beynəlxalq Futbol Federasiyası FİFA binası silahlı hücuma məruz qalan Türkiyə Futbol Federasiyasına dəstəyini bildirib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. “Cümə axşamı Türkiyə Futbol Assosiasiyasının İstanbuldakı qərargahında insanlara və əmlaka qarşı odlu silahlarla dəhşətli zorakılıq aktı baş verib. Bu hərəkətlər nəticəsində heç kimin xəsarət almamasına şadıq, eyni zamanda təəssüf edirik ki, insan həyatına və […]

Siyasət

İlham Əliyev: “Avropaya qaz ixracı iki dəfə artırılacaq” – VİDEO

“Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The […]

Cəmiyyət

“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə aviasiya vasitələri Azərbaycana gəldi – FOTO

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə […]

Cəmiyyət

Binəqədidə yüksək gərginlikli elektrik xəttinin dirəyi aşdı, yanğın oldu – FOTO

Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, yanğına səbəb yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin aşması olub. Hadisə Binəqədi qəsəbəsinin Birinci Mədən adlanan ərazisində qeydə alınıb. Ətrafda yaşayış evlərinin olduğu boş otluq sahə alışıb. Bir müddət əraziyə giriş-çıxış mümkün olmayıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Xeberal.az