Dünya

Kənd təsərrüfatı məhsulları daşıyan altı gəmi Ukrayna limanlarını tərk edib

Sharing is caring!

Cümə günü Ukraynadan ərzaq daşıyan daha 6 gəmi ölkə sahillərindən çıxıb.

Bunu Türkiyə Müdafiə Nazirliyi bildirib.

“Sentyabrın 2-də Ukrayna limanlarını kənd təsərrüfatı məhsulları daşıyan daha 6 quru yük gəmisi tərk edib”, – nazirliyin “Twitter” səhifəsində yazılıb.

Gəmilərin çıxışına öncədən İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən icazə verilib.

Qeyd edək ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı humanitar dəhliz vasitəsilə həyata keçirilir. Bosfor boğazına daxil olmazdan əvvəl hər gəmi yoxlanılır. Oxşar tədbirlər Ukraynaya gedən boş yük daşıyıcılarına da tətbiq edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir