Cəmiyyət

Binəqədidə yüksək gərginlikli elektrik xəttinin dirəyi aşdı, yanğın oldu – FOTO

Sharing is caring!

Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, yanğına səbəb yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin aşması olub.

Hadisə Binəqədi qəsəbəsinin Birinci Mədən adlanan ərazisində qeydə alınıb.

Ətrafda yaşayış evlərinin olduğu boş otluq sahə alışıb. Bir müddət əraziyə giriş-çıxış mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir