Cəmiyyət

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

Sharing is caring!

Yuxarı Şirvan kanalı — 1958-сi ildə istismara verilmiş, Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan suvarma kanalı. Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlanıldı. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları və işçi cizgiləri hazırlandı. Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu 2,9 km-dir. Bu kanalın su qəbul etdiyi yerdə dib yüksəkliyi 70 m olduğuna görə, son illərdə (2000-2001) anbarda suyun səviyyəsi aşağı olduğundan Yuxarı Şirvan kanalına tələb olunan suyun verilməsində problemlər yaranmışdır. Bunu nəzərə alan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri anbardan su nəql edən kanalda dərinləşdirmə və genişləndirmə işləri aparmış və su qəbul edilən yerdə kanalın dib yüksəkliyini 68 m-ə qədər aşağı salmışlar. Bu kanal vasitəsilə YevlaxAğdaşGöyçayZərdabAğsuKürdəmirŞamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır.Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/sanvə onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib. Kanalın trassası boyu relyef şəraiti mürəkkəb olduğuna görə, onun üzərində çoxlu sayda hidrotexniki qurğuların tikilməsi zərurəti yaranıb. Belə ki, kanalın dağ silsiləsinin cənubu ilə uzanan hissəsini sel sularından mühafizə etmək məqsədi ilə onun maneəsiz keçməsi üçün kanalın sol sahili boyu 80,52 km uzunluğunda dağ ətəyi kanal çəkilmişdir.Bu kanalın üzərində tikilmiş 51 ədəd sel ötürücü qurğu vasitəsilə sel suları YŞK-nın sağ sahilinə ötürülür. YŞK-nın Əlciyançay, TüryançayGöyçayGirdimançay və onun qolu olan Dəvəbatançay çayı ilə kəsişmə yerlərində 6 ədəd düker, Ağsuçay və Nəzriçayla kəsişmə yerlərində isə 2 ədəd akveduk və Potu kəndi ərazisində bir ədəd cəldaxıdan tikilib.Göstərilən rayonların ərazilərində lazımi olan yerlərdə YŞK-dan su götürmək məqsədi ilə onun üzərində 33 ədəd suburaxıcı şlüz tikilib.Yay mövsümündə Türyançay, Göyçay, Girdimançay çaylarında suyun az olması və yaxud hər hansı təhlükə yaranan zaman kanalın boşaldılması üçün 15–20 m³/san su buraxmaq qabiliyyətinə malik olan dükerlərin giriş hissəsində şlüzlar quraşdırılıb.YŞK-nın yalnız bir yerində səviyyə qaldıran qurğu, əhalinin, maşın və mexanizmlərin onun sağ və sol sahillərinə hərəkətini maneəsiz həyata keçirmək üçün 29 yerdə körpü tikilib.YŞK-nın 99,25 km-i torpaq məcrada tikilib, 29,95 km-ində isə beton üzlük çəkilib. YŞK 56 ildən artıqdır ki, istismar edilir. Bu illər ərzində kanalda lazımi cari və əsaslı təmir işləri həyata keçirilməsinə baxmayaraq, həm kanalın trassasının yamaclarında uçqunlar, həm də onun üzərində tikilən hidrotexniki qurğularda müəyyən aşınmaların miqdarı getgedə çoxalır. Amma kanala suyun verilməsi və axıdılması proseslərinin həyata keçirilməsində əsas rolu olan baş suqəbulediçi qurğunun hidravliki ölçülərində hər hansı dəyişiklik aşkarlanarsa, o, dərhal aradan qaldırılır. Baş qurğudan 2 qapı vasitəsilə suyun kanala lazımi həcmdə verilməsi tənzimlənir. Yuxarı Şirvan kanalının istismara verilməsindən sonra, Şirvan düzündə suvarılan əkin sahələrinin 1950-ci ildə 90 min hektardan 1965-ci ildə 167 min hektara çatdırılmışdır. Yuxarı Şirvan kanalı və onun su ötürdüyü təsərrüfatlararası və təsərrüfatdaxili kanallar torpaq məcrada çəkildiyindən, onlardan sızan sular hesabına qrunt sularının səviyyəsi tədricən qalxaraq, torpaqlar şorlaşmağa başlayır. Ona görə də, Şirvan düzündə 1960-cı illərdən başlayaraq, kollektor-drenaj şəbəkəsinin tikintisinə başlanılmışdır. Kanalın istismarını həyata keçirmək məqsədi ilə onun trassası boyu dambanın üstü ilə maşın və mexanizmlərin normal hərəkəti üçün yol çəkilmişdir. Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdi ki, Mən bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalamışam, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, – artıq bu kanal Şirvan kanalı adlandırılır, – yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

Sədafər Hüseynov

Saatlı Rayon Ağsaqqallar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir