Gündəm manset

Cəlilabad Maşlıq kəndi Ağayev Şahin: Mənim aldığım torpaq məktəb həyətindən xeyli uzaqdadır- Video

Sharing is caring!

Bir neçə gün öncə XəbərAl. az saytında Cəlilabad rayonu Maşlıq kənd sakinlərinin bir neçə nəfərinin şikayəti əsasında həmin kəndin məktəb binasının həyət yanı sahəsinin kənd sakini sahibkar Ağayev Şahin tərəfindən 1 ha 70 sot yerini 27500 manat əmlak komitəsinin Cəlilabad Filalında vaxtı ilə işləmiş qohumunun əli ilə saxta sənədlərlə alması və 10000 manat isə DTX tərəfindən həbs edilmiş eks icra başçısı Namiq Zeynalova sözügedən işlə bağlı yazı dərc olunmuşdu.

Həmin yazını olduğu kimi sizlərə təqdim edirik:

Xəbər verdiyimiz kimi, Dekabrın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, İcra başçısı Namiq Zeynalov həbs edilib.

XəbərAl.az saytının məlumatına görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.
Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bunu deməyə əsas verir ki, Namiq Zeynalov Cəlilabad sakinlərinin yaddaşında ən rüşvətxor icra başçısı kimi qaldı.
Kobud, insanlarla dil tapa bilməyən, “burda mənəm bağdad da kor xəlifə” məsəli və Cəlilabadın ən ucqar kəndlərinin əkin və örüş sahələrini, hətta məktəb binalarını satmaqdan belə, çəkinməyib.

Buna misal olaraq, XəbərAl.az saytının vhatsapp nömrəsinə Cəlilabad rayon Maşlıq kənd sakinləri şikayət məktubu ünvanlayıblar.

Məktub da bildirilir ki, Cəlilabadın DTX tərəfindən həbs edilən icra başçısı Namiq Zeynalov Nizami Alişanov adına tam orta məktəbin yerini 1 ha 70 sot saxta sənədlərlə Maşlıq kənd sakini Ağayev Şahin Qulamhuseyn oğluna 27500 manata satıb.

Vətəndaşlar XəbərAl.az-a onuda bildirirlər ki, Ağayev Şahin əvvəllər Cəlilabad rayon Əmlak komitəsinin müdürü və hazırda Sumqayıt şöbəsinin müdürü Ramin Paşayevin dayısı oğludur.

Belə çıxır ki, Cəlilabadın həbs edilən icra başçısı ilə etibarlı adam kimi “bazarlığı” məhz Ramin Paşayev edib.

Fikir verin icra başçısı gör nə qədər düşüncəsiz, nəfisgir adamdır ki, bir kəndi təhsilsiz qoyub binanı və torpaq sahəsini saxta sənədlərlə imkanlı bir adama satıb.
Atalarımız yaxşı deyib: Bir ölkəni, eli-obanı məhv etmək istəyirsənsə onun təhsilini əlindən al!
Belə çıxır ki, həbs olunan icra başçısı Namiq Zeynalov üçün haranın torpağı olur-olsun heç bir fərqi yox imiş, bu adam ancaq pulu düşünürmüş.

XəbərAl.az xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd Nizami Alişanov adına tam orta məktəbinin həyətyanı sahəsi satıldığından məktəb çox baxımsız vəziyyətdədir, şagirdlər kəndin hansı tərəfindəsə məktəb tikiləcəyi ümüdü ilə pul müqabilində satılmış köhnə məktəb də müvəqqəti sığınıblar.
Demək olar ki, məktəb artıq Təhsil şöbəsinin deyil şəxsi adamın ixtiyarındadır.

Məktəbin artıq idman meydançası, sökülüb, yeri şumlanılıb, həbs edilən icra başçısı Namiq Zeynalovun göstərişi ilə əkin əkmək üçün verilib sahibkar Ağayev Şahinə.

Deyilənə görə, alqı satqı zamanı pulun 27500 manatı sənəd alınması üçün Cəlilabad rayon Əmlak Komitəsinə və 10.000 manat isə həbs edilən eks icra başçısı Namiq Zeynalova çatıb.

 

XəbərAl.az saytında “Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb?-Foto Videofakt” başlıqlı yazısından sonra təxminən bir gün sonra yazıda adı çəkilən Ağayev Şahin redaksiyamıza zəng edərək, saytımızda onun haqqında gedən yazıya mövqe bildirmək istədi. Bizdə XəbərAl.az saytı olaraq hər zaman qarşı tərəfin mövqeyini diləyib dərc etməyə hazır olmuşuq.
Yəni jurnalistin peşə fəaliyyətinin doğru şəkildə icra etməyə çalışmışıq.

Ağayev Şahin XəbərAl.az saytına bildirdi ki, saytınızda haqqımda gedən yazıya hörmətlə yanaşıram, bu sizin haqqınızdır.Amma xahiş edirəm mənimdə mövqeyimi dərc edin.
Əvvəla mənim qanun yolu ilə aldığım yer Maşlıq kənd məktəbindən təxminən bir neçə klometr aralıda yerləşir və əlimdə də lazımı sənədlər var.
Mənim aldığım torpaq sahəsi “Baki Fəhləsi Şərab Zavodunun” kəndimizdə olan tikilisinin yarımçıq ərazisindədir.

Bununla bağlı Televiziyalardan da gəlmişdilər özləri çəkdi insanları danışdırdı efirə verdilər.Amma mənim borcumdur ki, yazınızın açıqlamasını verim.Yazınıza hörmətlə yanaşıram.

Mənim əlimdə çıxarışım, rəsmi sənədlərim var kim gəlib araşdırmaq istəsə buyursun. Bu işləri edənlər, məni gözü götürməyənlərdir.
Mənim halal pulumla aldığım yer məktəb həyətindən təxminən bir- neçə klometir aralıda yerləşir.Mən aldığım yerin qanuni dövlət rüsumun vermişəm ödəniş qəbizlərimdə əlimdədir.

Məktəbə qaldıqda isə bildiyim qədəri dövlətin nəzarətindədir müəyyən səbəblərə görə tikili nöqtəsi dəyişdirilib, inşallah bu yaxın günlərdə yeni məktəb binasının tikiləcəyi gözlənilir.

Yenə deyirəm özünüz jurnalist olaraq gəlib torpaq sahəsinə baxış keçirdə bilərsiniz. Mənim doğru olduğumun şahidi olacaqsınız.

Mövqeyimi dinləyib dərc etsəniz sizə minnətddar olaram.

Öncədən təşəkkür edirəm.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir