Dünya

Lixtenşteyn parlamentində zəlzələ müzakirə edildi: O anda bina silkələndi – VİDEO

Lixtenşteyn Assambleyasının sessiyasında zəlzələdən sığorta mövzusu müzakirə olunub. Zəlzələdən sığortanın icbari hala salınmasının zəruri olub-olmaması müzakirə olunduğu əsnada həqiqətən də zəlzələ baş verib. Zəlzələnin gücü 4,1 bal olub. Qorxu dolu anlar kameraya əks olunub. Deputat Bettina Petzold-Mahr şiddətli zəlzələ olacağı halda binalara ziyan dəyə biləcəyini söyləyib. Elə bu əsnada da bina silkələnib. Bettina özü və […]

Dünya

Türkiyədə yoxuşda park edilən yük maşı sürüşərək avtomobilləri və yaşayış evlərini yararsız hala saldı – VİDEO

Türkiyənin Kocaeli şəhərində sürücü idarə etdiyi yük maşınını yoxuşda dayandıraraq işlərinin arxasınca gedib. Bir neçə dəqiqə sonra əyləc sistemində problem olan TIR sürüşərək aşağıya doğru hərəkət edib. Nəticədə yol kənarında olan minik avtomobillərinə və yaşayış evlərinə ciddi ziyan deyib.Ərazidə olan təhlükəsizlik kamerası hadisəni anbaan qeydə alıb. Mənbə: İHA Xeberal.az

Dünya

ABŞ-da əhaliyə xəbərdarlıq: “Duş qəbul edərkən ağzınızı bağlayın”

ABŞ-ın Missisipi ştatında su böhranı davam edir. Səlahiyyətlilər əhaliyə duş qəbul edərkən ağızlarını bağlamağı tapşırıblar. Buna səbəb ağıza mikrob düşməsinin qarşısını almaqdır. Missisipinin paytaxtı Ceksonda sutəmizləyici qurğulardakı nasazlıq nəticəsində bir çox bölgəyə suyun verilməsi dayandırılıb. Suyun fasilələrlə verildiyi bölgələrdə isə kranlardan qəhvəyi rəngdə su axır. Əhalinin suyu qaynadıb istifadə etdiyi bildirilir. Missisipi Səhiyyə İdarəsinin direktoru […]

Dünya

Hillari Klinton Venesiya Film Festivalında göründüyü üçün tənqid olundu – FOTO

Sosial şəbəkə istifadəçiləri Hillari Klintonun Venesiya Film Festivalında “qırmızı xalı”ya çıxmasına xoş qarşılamayıblar. Qeyd edək ki, Klinton rejissor Noa Baumbaxın çəkdiyi “Ağ küy” (“White Noise”) filminin premyerasında fotoqraflara poza verib. O, adətən tədbirlərə qatıldığı şalvar kostyumunda deyil, mavi kaftanda və səndəldə olub. ABŞ prezidentliyinə namizəd, keçmiş birinci xanım və ABŞ-ın sabiq dövlət katibinin Venesiya Film […]

MARAQLI

Kosmosda teleskopla çəkilən görüntüləri musiqiyə çevirdilər – VİDEO

“Ceyms Ueyb” teleskopundan alınan görüntülər kompüter alqoritmi vasitəsilə səsə çevrilib. Nəticələr “James Webb Space Telescope”un  “YouTube” kanalında yerləşdirilib. Qeyd edək ki, son illər kosmik hadisələrin sonifikasiyası (müxtəlif məlumat dəstlərindən səslərin yaradılması) populyarlaşıb. Heç bir elmi dəyəri olmasa da, bu cür transformasiyalar tamaşaçıların diqqətini cəlb etməyə və bir çox kosmik müşahidələrin vasitəçilik dərəcəsini başa düşməyə imkan […]

MARAQLI

Köhnə oyuncaqlarda uşaqlar üçün sonsuzluq təhlükəsi – FOTO

İsveçli alimlər müəyyən ediblər ki, köhnə oyuncaqların və paltarların 84 faizində uşaqların böyüməsinə, inkişafına və reproduktiv qabiliyyətlərinə mane olan, həmçinin xərçəng yaradan toksinlər var. Bu barədə “Journal of Hazarous Materials Advances” jurnalında dərc olunmuş məqalədə bildirilir. Alimlər köhnə və təzə 157 müxtəlif oyuncağın kimyəvi tərkibini müəyyən ediblər. Tədqiqat zamanı məlum olub ki, onların 84 faizində normadan […]

İdman

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin E qrupu matçında Maltaya qalib gəlib. “Report”un məlumatına görə, Ta Kali şəhərində keçirilən oyunda Azərbaycan yığması rəqibini iki cavabsız qolla məğlub edib – 2:0. Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib. Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya […]

Dünya

Yaponiyada qocalar evində körpələri işə götürürlər

Yaponiyanın Kitakyuşu şəhərindəki qocalar evi qeyri-adi kadr açıqlaması ilə gündəm olub. Elanda qeyd olunub ki, qocalar evinin sakinlərini sevindirə biləcək körpələr axtarılır. Körpələrin yuxulu, ac və ya narahat olduqları zaman fasilə verə biləcəkləri bildirilib. Reklamda o da qeyd olunub ki, körpələr 4 yaşdan kiçik olmalıdır. Qocalar evinə anaları ilə gələcək körpələrə qarşılığında uşaq yeməyi və […]

Dünya

Rusiyada hicablı məktəbli dərsə buraxılmadı – VİDEO

Tümendəki 88 saylı məktəbin direktoru hicablı şagirdi dərsə buraxmaqdan imtina edib. Hadisə sentyabrın 2-də baş verib. Məktəbli qızın anası tərəfindən çəkilmiş video mətbuatda yayılıb. Şagird yalnız valideyni ilə məktəb rəhbərliyi arasındakı münaqişədən sonra dərsə buraxılıb. Təhsil müəssisəsinin rəhbəri qızın anasından məktəbi tərk etməyi tələb edib və polisə zəng etməklə hədələyib. Uşağın atası dərsdən sonra hadisəni […]

MARAQLI

10 yaşlı cəsur uşaq anasının xilası üçün transplantasiya əməliyyatı oldu – FOTO/VİDEO

Çində məktəbli oğlan leykozdan əziyyət çəkən anası üçün sümük iliyi donoru olub. Ailə üzvləri arasında yeganə onun toxumaları qadınınkı ilə uyğun gəlib. Həkimlər əminlik üçün uşaqdan 30-dan çox analiz götürüblər. Əməliyyatdan bir neçə gün əvvəl qanın kök hüceyrələrini hərəkətə gətirmək üçün uşağa yeddi iynə vurulub. Çox vaxt pasiyentlər bundan sonra möhkəm ağrı və digər xoşagəlməz […]