Dünya

ABŞ-da əhaliyə xəbərdarlıq: “Duş qəbul edərkən ağzınızı bağlayın”

Sharing is caring!

ABŞ-ın Missisipi ştatında su böhranı davam edir.

Səlahiyyətlilər əhaliyə duş qəbul edərkən ağızlarını bağlamağı tapşırıblar. Buna səbəb ağıza mikrob düşməsinin qarşısını almaqdır.

Missisipinin paytaxtı Ceksonda sutəmizləyici qurğulardakı nasazlıq nəticəsində bir çox bölgəyə suyun verilməsi dayandırılıb. Suyun fasilələrlə verildiyi bölgələrdə isə kranlardan qəhvəyi rəngdə su axır. Əhalinin suyu qaynadıb istifadə etdiyi bildirilir.

Missisipi Səhiyyə İdarəsinin direktoru Cim Kreyq yerli sakinlərə xəbərdarlıq edib.

“Axar su ilə duş qəbul etmək hələ ki təhlükəsizdir. Lakin duşda ağzınızı açmayın”, – deyə o qeyd edib.

Kreyq həmçinin vurğulayıb ki, ev heyvanları da krandan su içməməlidir.

Missisipi qubernatoru Teyt Rivs Cekson şəhərində suyun pH dəyərini ölçən mexanizmdəki nasazlığın aradan qaldırılmasına çalışıldığını bildirib.

“Ancaq nəticənin effektiv olacağına 100 faiz əmin deyiləm”, – deyə vurğulayıb.

“Gələcəkdə də kəsintilər olacaq. Problem indiki məqamda qaçılmazdır”, – deyə Rivs Ceksonun illərdir yaşadığı su problemini qeyd edib.

O, rayon sakinlərindən suyu qaynatmadan içməməyi xahiş edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir