Dünya

NATO Kosovodakı böhrana müdaxilə etməyə hazırdır – FOTO

NATO-nun baş katibi Yens Stoltenberq ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub. Danışıqlardan sonra alyansın rəhbəri sosial şəbəkə səhifəsində açıqlama yayıb. O, bildiirb ki, NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) sabitliyə təhlükə yaranarsa, regiondakı vəziyyətə müdaxilə etməyə hazırdır. Spoke to #Serbia’s President @avucic about tensions in northern #Kosovo. All […]

Dünya

Ukrayna “Dronların ordusu” layihəsi üçün təxminən 20 milyon dollar topladı

Ukrayna “Dronların ordusu” layihəsi çərçivəsində dron-kəşfiyyatçılar üçün təqribən 20 milyon dollar toplayıb. Avqustun 3-də bu multikopterlərin ilk partiyası cəbhəyə yola salınıb. Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib. “Bu PUA-lar bu gün cəbhə xəttinə gedəcək. Onların arasında ən yaxşı dronlardan biri də “FlyEye”dir ki, sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata […]

Dünya

İsveçrə Aİ-nin Rusiyaya qarşı “qızıl sanksiyaları”na qoşuldu

Aİ-nin ardınca İsveçrə də Rusiyadan qızıl idxalına sanksiyalar tətbiq edib. Bu barədə “Reuters” xəbər verib. Avropa sanksiyalarının “qızıl paketi” iyulun sonunda qəbul edilib. Lakin bu paket Rusiyaya qarşı əvvəlki altı sanksiyadan əhəmiyyətli dərəcədə yüngül olub. Belə ki, qızıl külçələrinin idxalına qoyulan qadağa simvolik xarakter daşıyır. Çünki maliyyə sanksiyaları çərçivəsində qızıl ticarəti hələ qışda dayandırılmışdı. Mənbə: […]

Cəmiyyət

Azərbaycanın daha 32 məscidinə dini rəhbər təyin olunub

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb. Nəticələrlə […]

Cəmiyyət

Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı yeni qərar imzalayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daha iki qurum əlavə edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Xeberal.az

Dünya

Üçüncü dünya müharibəsinin astanasında: “İş nüvə silahına qədər gedib çıxar” – Sinan Oğan

Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi yaşanır, digər tərəfdə Serbiya-Kosovo və ABŞ-Çin arasında gərginlik hökm sürür. İqtisadi böhranın yaşandığı vaxtda üçüncü dünya müharibəsi alovlana bilər? “Üçüncü dünya müharibəsi olmayacaq, çünki böyük güclər heç vaxt birbaşa özləri müharibə etmirlər. Həmişə özlərinə yaxın terrorçu qrupları və ya kiçik dövlətləri müharibəyə sövq edirlər”. Bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyənin sabiq millət […]

Müharibə

“Üzbəüz”: Qarabağda nə baş verir? – VİDEO

Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında Qarabağda baş verənlər müzakirə olunub. Verilişin qonağı hərbi ekspert Ramil Məmmədli olub. R.Məmmədli Qarabağda baş verən hadisələrin baş verməsinin səbəbi üçtərəfli bəyanatın icra olunmamasıdır: “Bəyanat əslində Ermənistan tərəfinin təslimçilik aktı idi. Bu bəyanatın öhdəliyini, vasitəçiliyini Rusiya edirdi. Lakin bu müddət ərzində 2020-ci il 10 noyabr bəyanatının dördüncü bəndi […]

İdman

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”a qarşı oynamayacaq?

“Qarabağ”ın kapitanı Maksim Medvedev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la ilk oyun üçün “18-lik”dən kənarda qalıb. Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, müdafiəçinin belində ağrılar olduğu üçün onu adı son anda iştirak ərizəsindən çıxarılıb. Qeyd edək ki, sözügedən görüş saat 20:00-da başlayacaq. Xeberal.az

Dünya

Ukraynadan çıxan ilk ərzaq gəmisi Türkiyədən Livana yola düşdü

Ukraynadan çıxan qarğıdalı yüklü ilk ərzaq gəmisi Birgə Koordinasiya Mərkəzinin təftiş qrupu tərəfindən aparılan yoxlamadan sonra İstanbul sahillərindən Livana doğru yol alıb. Yük gəmisini Türkiyə Sahil Mühafizəsinin kateri müşayiət edir. Bosforu keçdikdən sonra “Razoni” adlı gəmi Mərmərə dənizinə girəcək, Çanaqqala boğazından keçəcək, daha sonra Egey və Aralıq dənizləri vasitəsilə marşrutun son nöqtəsi olan Livana çatacaq. […]

Müharibə

Ermənilərdən azad olunan yüksəkliklərin adları açıqlandı – RƏSMİ

“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. Bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – nazirlik vurğulayıb. Xeberal.az