Cəmiyyət

Lerikdə baş verən yol qəzasında sürücü ölüb – FOTO

Lerik rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. APA xəbər verir ki, qəza axşam saatlarında Lerik rayonunun Günəşli kəndində qeydə alınıb. 1990-cı il təvəllüdlü Lənkəran sakini Ruslan Fərhad oğlu Kərimovun idarə etdiyi 10 LJ 164 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxıb. Bundan sonra avtomobil yol kənarındakı beton səthə çırpılıb. […]

Cəmiyyət

Görmə məhdudiyyətli şagird imtahandan yüksək bal toplayıb – FOTO

Bu gün  I ixtisas qrupu üzrə açıqlanan imtahan nəticələrində ən yüksək bal toplayan məzunlardan biri də Əlizadə Nihatdır.  Nihat I qrup görmə məhdudiyyətli şagirddir. Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat məktəbin şagirdidir.  Birinci qrup görmə məhdudiyyətli Nihat I qrupa imtahan verib, 596 bal toplayıb. Qeyd edək ki, Nihat fizika fənnindən 27 test […]

İdman

Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi növbəti qələbəsini qazanıb

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib. “Report” xəbər verir ki, VI turda Qazaxıstan seçməsi ilə üz-üzə gələn yığma rəqibini 3:1 hesabı ilə məğlub edib. Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva görüşlərini qalibiyyətlə başa vurublar. Günay Məmmədzadə və Gövhər Beydullayeva isə sülhə razılaşıblar. Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, […]

İdman

AÇ-2023: Millimiz məğlubiyyətlə başladı

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb. Sports.az xəbər verir ki, millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb. Bakıda Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 25:22 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin və matçın qalibi olub – 3:1. […]

İdman

“Çelsi” Kukurelyanın transferini razılaşdırıb

Mark Kukurelya tezliklə Premyer Liqada çıxış edəcək. Bunu jurnalist Fabrisio Romano bildirib. Onun sözlərinə görə, futbolçunun transferi barədə “Çelsi” ilə “Brayton” arasında razılıq əldə edilib. Transferin şərtləri Kukurelya ilə də razılaşdırılıb. Futbolçuya görə “zadəganlar” 50 milyon funt sterlinq ödəyəcək. Bununla yanaşı, Levi Kolvill də tezliklə “Brayton”a təhvil veriləcək. Xeberal.az

Cəmiyyət

Şəhid Anar Kazımovun evindən reportaj – VİDEO

Bu gün səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun mövqelərini atəşə tutması nəticəsində Laçın şəhəri istiqamətində şəhid olan əsgərimiz Anar Kazımovun doğulduğu Şəmkir rayon Qaracəmirli kəndində, yaşadığı evdə dəfn mərasiminə hazırlıq işləri başlayıb.  Şəhidin qardaşı Elnur Kazımov bildirib ki, qardaşı ilə bir neçə gün əvvəl telefonla danışıb.  “Dedi mən yaxşıyam, hərşey gözəldir, sinif yoldaşım da […]

İdman

Qaçış zamanı rəqibinin üzünə baxa-baxa dünya rekordunu yenilədi – VİDEO

Botsvanadan olan 19 yaşlı Letsile Teboqo dur. U20 Atletika üzrə Dünya Çempionatının finalında fərqlənib. O, 100 metr məsafəni 9,91 saniyəyə qaçaraq özünə məxsus olan dünya rekordunu yeniləyib. Qaçışın son anlarında atletin dönərək rəqibinin gözlərinə baxması diqqətdən yayınmayıb. Qeyd edək ki, Teboqo öncəki rekordunu aprel ayında 9,96 saniyə olmaqla müəyyənləşdirib. Mənbə: sports.ru Xeberal.az

Dünya

Almaniyadakı “Chanel” mağazasında rusiyalı satıcılar ukraynalılarla əvəzlənib

Düsseldorfdakı “Chanel” butiki işdən qovulan rusiyalı xanımların yerinə ukraynalı qadınları götürüb. Bu barədə stilist Anna Simiriotis sosial şəbəkədə məlumat yayıb. O, brendin siyasətinə qarşı çıxmadığını da qeyd edib. Stilistin sözlərinə görə, məşhur markanın butiki təkcə satıcılarla bağlı deyil, alıcılara dair də siyasətində dəyişiklik edib. Xeberal.az

İdman

Stanislav Çerçesov: “Hesab onu deyir ki, hər şey yenidən başlayacaq”

“Əvvəlki “Qarabağ”la indikini yalnız cavab oyunundan sonra müqayisə edə bilərəm”. “Report”un məlumatına görə, bunu Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Rusiyalı mütəxəssis bildirib ki, geri çəkilmələri səfərdə oynamaqla bağlı idi: “Komandanın öz meydanında oynaması üstünlükdür. Azarkeşlər […]