Dünya

Çilidə mis mədəni yaxınlığında nəhəng çuxur peyda oldu – VİDEO

ABŞ-ın Çilidəki Alkaparosa mis mədəni yaxınlığında su ilə dolu nəhəng çuxur peyda olub. Mədən rəhbərliyi işləri müvəqqəti dayandırmaq məcburiyyətində qalıb. Çuxurun dərinliyi 200 metr, eni isə 25 metrdir. Hadisə yerinə Çili Milli Geologiya və Mədən Xidmətinin mütəxəssisləri gəlib. Mütəxəssislər çuxurun içərisində böyük miqdarda sudan başqa hər hansı materialın olduğunu aşkar etməyiblər. Mədəni idarə edən “Lundin […]

İdman

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

İngiltərə Premyer Liqasında keçirilən oyun bitəndən sonra baş hakimlə video-köməkçi hakim (VAR) sisteminə cavabdeh olan şəxs arasında söhbətlərin yazıları yayımlanacaq. Bu addımın hakimlərin verdiyi qərarların şəffaflığını artıracağı qeyd olunur. Eyni zamanda qeyd edilir ki, yazılar audio formatda təqdim olunacaq. Məlumat üçün qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 5-də başlayır. Mənbə: The Times Xeberal.az

Dünya

İspaniyada istilərə görə sudan istifadə məhdudlaşdırıldı

İspaniyanın əksər bölgələrində həddindən artıq istilər və quraqlıq su anbarlarının tükənməsini sürətləndirib. Havanın yüksək temperaturu su sərfiyyatının artmasına, həmçinin bataqlıqların buxarlanmasına və torpaqdan rütubətin itməsinə gətirib. Mövcud vəziyyət Barselona, ​​Malaqa, Pontevedra və Huelva əyalətlərinin yaşayış məntəqələrində məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurətinə səbəb olub. Problemlər fonunda Pontevedra meriyası şəhərin 83 min sakininə hovuzları doldurmağı, şəxsi avtomobilləri yumağı […]

İdman

Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək. “Report” xəbər verir ki, tədbir avqustun 5-də “Dəniz Mall”da baş tutacaq. Görüşdə 29 yaşlı idmançının imza sessiyası keçiriləcək. Bütün idman həvəskarları üçün giriş sərbəst olacaq. Qeyd edək ki, “Ataman” ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas […]