Cəmiyyət

Lerikdə baş verən yol qəzasında sürücü ölüb – FOTO

Sharing is caring!

Lerik rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.

APA xəbər verir ki, qəza axşam saatlarında Lerik rayonunun Günəşli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Lənkəran sakini Ruslan Fərhad oğlu Kərimovun idarə etdiyi 10 LJ 164 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxıb.

Bundan sonra avtomobil yol kənarındakı beton səthə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir