Müharibə

“Üzbəüz”: Qarabağda nə baş verir? – VİDEO

Sharing is caring!

Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında Qarabağda baş verənlər müzakirə olunub.

Verilişin qonağı hərbi ekspert Ramil Məmmədli olub.

R.Məmmədli Qarabağda baş verən hadisələrin baş verməsinin səbəbi üçtərəfli bəyanatın icra olunmamasıdır:

“Bəyanat əslində Ermənistan tərəfinin təslimçilik aktı idi. Bu bəyanatın öhdəliyini, vasitəçiliyini Rusiya edirdi. Lakin bu müddət ərzində 2020-ci il 10 noyabr bəyanatının dördüncü bəndi icra olunmamış qaldı”.

O əlavə edib ki, Ermənistan ordusunun potensial hissəsinin 70 faizi demək olar ki, müharibə dövründə sıradan çıxıb:

“20 ay ərzində ordunun bərpası mümkün deyil. Bu baxımdan Ermənistan ordusunun hansısa bir iri miqyaslı hərbi əməliyyat keçirib strateji əhəmiyyət kəsb edən hər hansı mövqeyi Azərbaycan Ordusunun əlindən almaq gücü yoxdur. Bəs Ermənistan nə istəyir? Mənə elə gəlir ki, bu gərginlikdə əsas maraq qərbindir. Rusiya da məsələdə maraqlı olsa da, hazırda daha çox qərbin maraqlarını ümidləndirir”.

Ətraflı verlişi təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir